Yelo Bank pozitiv iş mühiti üçün davamlı tədbirlər həyata keçirir

Yelo Bank əməkdaşlarının şəxsi inkişafını və iş mühitində motivasiyasını artırmaq məqsədilə müxtəlif maarifləndirici və əyləncəli layihələr həyata keçirir. Bu təşəbbüslərdən biri olan “YeLogika Pro” – bankdaxili intellektual yarış artıq bir ənənəyə çevrilib. Ötən həftə yarışın yaz mövsümünə yekun vurulub. 120-dən çox əməkdaşın iştirakı ilə keçirilən və 24 komandanın mübarizə apardığı bu oyun kviz formatında təşkil olunub. Gərgin və bilik dolu yarışın sonunda “Xəzinədarlıq” komandası birinci yeri qazanaraq qalib olub. “Nərimanov filialı” komandası ikinci, “Maliyyə” komandası isə üçüncü yeri bölüşür.

Yelo Bank əməkdaşları üçün yalnız intellektual yarışlarla kifayətlənmir. Bank daxilində futbol və boulinq komandaları formalaşdırılıb, həftəlik yoqa dərsləri, peşəkar həkimlərlə tibbi konsultasiyalar, master-klaslar, regional turlar və digər tədbirlər davamlı olaraq təşkil olunur. Bu fəaliyyətlərin məqsədi iş mühitini daha pozitiv və dinamik saxlamaq, əməkdaşların fiziki və zehni rifahını dəstəkləməkdir.

Yelo Bank insan kapitalını öz uğurunun əsas dayağı hesab edir və bu fəlsəfəyə uyğun olaraq, əməkdaşlarının inkişafına daim sərmayə yatırır. Əgər sən də dinamik komandanın bir hissəsi olmaq və bankçılıq sahəsində uğurlu karyera qurmaq istəyirsənsə, Yelo-da aktiv vakansiyalarla tanış ol: https://bit.ly/bank-vakansiya.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası

AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası Azərbaycanda mikro…
►►►
İqtisadiyyat / Biznes

Qara Dəniz Ticarət və İnkişaf Bankı Unibanka....

Qara Dəniz Ticarət və İnkişaf Bankı Unibanka 7 milyon dollarıq kredit xətti ayırıb Qara…
►►►
İqtisadiyyat / Biznes

Yelo Bank Azərbaycan Sahibkarlar Konfederasiyasının....

Yelo Bank Azərbaycan Sahibkarlar Konfederasiyasının fəxri fərmanına layiq görülüb Yelo…
►►►