Azərbaycanın turizm imkanları “ATM 2025” sərgisində nümayiş etdirilir

Azərbaycanın turizm imkanları Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “ATM 2025” (Arabian Travel Market 2025) beynəlxalq turizm sərgisində tanıdılır.

Sərgidə ölkəmiz Azərbaycan Turizm Bürosu ilə yanaşı, “Azərbaycan Hava Yolları” QSC, “Şahdağ” Turizm Mərkəzi, hotel və turizm şirkətləri daxil olmaqla 41 yerli tərəfdaş tərəfindən təmsil olunur.

Milli stenddə VR texnologiyası vasitəsilə ziyarətçilər Azərbaycanın təbiət mənzərələrini və canlı şəhər həyatını müşahidə edə bilirlər. Ziyarətçilərə Azərbaycanın təbiəti və kulinariyası, dağ-xizək kurortları, açıq hava və macəra turizmi imkanları barədə ətraflı məlumat verilir, həmçinin milli şirniyyatların dequstasiyası imkanı təqdim olunur. Stenddə Qarabağ və Şərqi Zəngəzur regionunun turizm imkanları nümayiş etdirilir, eləcə də “Konstitusiya və Suverenlik İli” çərçivəsində məlumatlandırma kampaniyası həyata keçirilir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Dubay şəhərindəki baş konsulu Cavidan Hüseynov milli stendimizi ziyarət edib.

Sadələşdirilmiş viza prosedurları və birbaşa uçuşların sayının artması Körfəz ölkələrindən olan səyahətçilərin Azərbaycana səfərlərini təşviq edir. Birləşmiş Ərəb Əmirlikləri və Qətər vətəndaşları vizasız formada, Küveyt, Səudiyyə Ərəbistanı, Oman və Bəhreyn vətəndaşları isə yalnız evisa.gov.az portalı vasitəsilə üç iş gününə və ya təcili prosedurla üç saata qədər elektron viza əldə edə edərək Azərbaycana səfər edirlər.

Əlaqədar məqalələr
Turizm

Azərbaycanın turizm potensialı Almaniyada nümayiş olunur

Azərbaycanın turizm potensialı Almaniyada nümayiş olunur Azərbaycanın turizm potensialı…
►►►
Turizm

Yanvar ayında Azərbaycana 181 mindən çox xarici vətəndaş səfər edib

Yanvar ayında Azərbaycana 181 mindən çox xarici vətəndaş səfər edib 2026-cı ilin yanvar…
►►►
Turizm

Azərbaycanın beynəlxalq qastronomiya xəritəsində mövqeyi gücləndirilir

Azərbaycanın beynəlxalq qastronomiya xəritəsində mövqeyi gücləndirilir Dövlət Turizm…
►►►