Uşaqlıqdan proqramlaşdırma: Azərbaycandakı uşaqlar gələcəyin rəqəmsal dilini necə mənimsəyirlər

Kaspersky və “SupermaM” qrupunun birgə sorğusunun nəticələri

Azərbaycan və digər ölkələrdən olan anaları birləşdirən “SupermaM” Facebook qrupu uşaqların proqramlaşdırmanı hansı yaşda öyrənməyə başladığını və əldə etdikləri bilikləri necə tətbiq etdiklərini öyrənmək qərarına gəlib. Üç yüzə yaxın ananın cavablarına görə, uşaqlar proqramlaşdırmaya getdikcə daha erkən yaşdan maraq göstərməyə başlayırlar.

Sorğuda iştirak edən valideynlərin üçdə biri (28%) övladlarının proqramlaşdırmanı 10 yaşından əvvəl öyrənməyə başladığını bildirib. Ailələrin 16%-də bu istiqamətdə təhsilə 10-12 yaş arası, yalnız 4%-i isə proqramlaşdırma ilə 16 yaşda məşğul olmağa başlayıblar.

Sorğunun nəticələrinə əsasən, uşaqların 16%-i hələ oxumağa başlamasa da, artıq bu sahəyə maraq göstərirlər, 10%-i isə məktəb proqramları çərçivəsində proqramlaşdırma üzrə təhsil alırlar.

Respondentlərin 4%-nin övladları artıq biliklərini praktikada tətbiq edir və məktəb layihələrində və olimpiadalarda iştirak edirlər, uşaqların 2%-i isə öz dizayn və prototiplərini yaradırlar.

“Getdikcə daha çox valideynin övladlarının rəqəmsal bacarıqlarının inkişafına diqqət yetirdiyini görmək olduqca müsbət haldır. Proqramlaşdırma məntiqi, müstəqilliyi inkişaf etdirir və yeni üfüqlər açır. Bu cür sorğular ailələrin ehtiyaclarını daha yaxşı anlamağa və inkişaflarını dəstəkləməyə kömək edir”, – deyə “SupermaM”  qrupunun administratoru Sofi Tsirqvava qeyd edir.

“Sorğumuz müasir təhsilin bir hissəsi kimi kodlaşdırmanın artan rolunu vurğulayır və valideynlərə övladlarının rəqəmsal dünyadakı gələcəyi barədə düşünməyə əsas verir. Kiçik yaşlarından proqramlaşdırmanı öyrənən uşaqlar təkcə texniki biliklərə deyil, həm də tənqidi düşünmək, komandada işləmək və yaradıcılıq bacarıqlarına yiyələnirlər”, – deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirir.

Əlaqədar məqalələr
Elm / Texnologiya

“SİMA İmza” ilə elektron səhiyyə xidmətləri daha əlçatan oldu

“SİMA İmza” ilə elektron səhiyyə xidmətləri daha əlçatan oldu SİMA yeni nəsil…
►►►
Elm / Texnologiya

Azercell dünya çempionlarını təbrik etdi

Azercell dünya çempionlarını təbrik etdi İyun ayının 18-də Azercell Telekom Minifutbol…
►►►
Elm / Texnologiya

Hakerlər “Z” nəslinə hücum edirlər....

Hakerlər “Z” nəslinə hücum edirlər: saxta saytlar, oyun tələləri və yayım…
►►►