Səudiyyə Ərəbistanı-Azərbaycan dəyirmi masası keçirilib

Dövlət və özəl qurumların nümayəndələrinin iştirak etdiyi tədbirdə ikitərəfli iqtisadi əlaqələrin gücləndirilməsi və iqtisadiyyatın müxtəlif sahələrində qarşılıqlı faydalı əməkdaşlığın inkişafı müzakirə edilib.

Ər-Riyad şəhərində Səudiyyə Ərəbistanı Krallığı hökuməti və Azərbaycan Respublikası hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 8-ci iclası çərçivəsində Səudiyyə Ərəbistanının İnvestisiyaların Təşviqi Təşkilatı (SIPA) və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun birgə təşkilatçılığı ilə Səudiyyə Ərəbistanı-Azərbaycan dəyirmi masası keçirilib.

Açılış mərasimində çıxış edən Komissiyanın həmsədri, Səudiyyə Ərəbistanının investisiyalar naziri Xalid bin Əbdüləziz Əl-Falih Səudiyyə Ərəbistanının Azərbaycanla ikitərəfli əlaqələrinin möhkəmləndirilməsinə böyük əhəmiyyət verdiyini, iki ölkə arasında tərəfdaşlığın ümumi iqtisadi maraqlar əsasında inkişaf etdiyini bildirib. Tədbirdə çıxış edən Komissiyanın həmsədri, Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov dəyirmi masanın biznes əlaqələrinin daha da genişləndirilməsinə, investisiyaların cəlb edilməsi və birgə layihələrin həyata keçirilməsi perspektivlərinin müzakirəsi üçün əlverişli platforma yaratdığını vurğulayıb.

Dəyirmi masa zamanı AZPROMO, İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA), Azərbaycan İnvestisiya Holdinqi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Ələt Azad İqtisadi Zonası (AFEZ), eləcə də özəl qurumların nümayəndələri tərəfindən ölkəmizdə perspektivli biznes və investisiya imkanlarına, həmçinin investorların dəstəklənməsi ilə bağlı mövcud dövlət mexanizmlərinə dair məlumat verilib.

Əlaqədar məqalələr
İqtisadiyyat / BiznesROCKVELL LADY

AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verir

AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start…
►►►
İqtisadiyyat / Biznes

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin Son dövrdə nağdsız…
►►►
İqtisadiyyat / Biznes

Biznesiniz irəli getsin, komissiya 0% qalsın!

Biznesiniz irəli getsin, komissiya 0% qalsın! Bank VTB fərdi sahibkarlar üçün 50 000…
►►►