AZPROMO və UKEF arasında memorandum imzalanıb

Memorandum çərçivəsində işgüzar əlaqələrin inkişaf etdirilməsi və investisiya layihələrinin dəstəklənməsi stimullaşdırılacaq.

Londonda keçirilən Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Birləşmiş Krallığın İxrac Kredit Agentliyi (“UK Export Finance” – UKEF) arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.

Sənədi AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və UKEF-in biznesin inkişafı üzrə qlobal rəhbəri Vomic Nur Şah imzalayıblar. Memorandum işgüzar əlaqələrin inkişaf etdirilməsi və investisiya layihələrinin dəstəklənməsi kimi istiqamətlərdə fəaliyyətlərin stimullaşdırılmasını nəzərdə tutur.

Əlaqədar məqalələr
ROCKVELL BUSINESS

Mobil rabitə sektorunun gəlirləri artıb

Mobil rabitə sektorunun gəlirləri artıb 2025-ci ildə Azərbaycanda mobil rabitə…
►►►
ROCKVELL BUSINESS

Evdə yemək bişirməklə ayda 5 min manat qazanc – 5 ölkəyə yayılan startap - müsahibə

Evdə yemək bişirməklə ayda 5 min manat qazanc – 5 ölkəyə yayılan startap &#8211…
►►►
ROCKVELL BUSINESS

"Menzies Aviation" şirkəti ilə əməkdaşlıq perspektivləri barədə müzakirələr aparılıb

“Menzies Aviation” şirkəti ilə əməkdaşlıq perspektivləri barədə müzakirələr…
►►►