Azercell “SHE Congress”in rəqəmsal transformasiya tərəfdaşıdır

“Azercell Telekom” MMC bu il də qadınların liderlik, innovasiya və texnologiya sahəsindəki rolunu təşviq edən “SHE Congress”in rəsmi tərəfdaşı və rəqəmsal transformasiya üzrə dəstəkçisi qismində çıxış edir. 

May ayının 22-də Heydər Əliyev Mərkəzində “Bu Gündən Kənar – Gələcəyə Qalanı Yaratmaq” (“Beyond Now – Creating What Lives On”) şüarı altında keçiriləcək tədbir yüzlərlə qadın lideri, sahibkar və peşəkarı bir araya gətirəcək. Konqres iştirakçılara təcrübə mübadiləsi aparmaq, ünsiyyət qurmaq, peşəkar bacarıqlarını inkişaf etdirmək və müxtəlif təşkilatların rəhbərləri ilə tanış olmaq imkanı verəcək.

Korporativ sosial məsuliyyət strategiyası çərçivəsində qadınlara dəstək, onların cəmiyyətdəki rolunun daha da gücləndirilməsi, sosial-iqtisadi rifahının artırılması istiqamətində bir çox sosial layihələr həyata keçirən Azercell tədbirdə xüsusi panel müzakirəsi təşkil edəcək. Eyni zamanda, şirkətin Hüquq və Data Strategiyası üzrə baş direktoru Şirin Əliyeva konqresin əsas spikerlərindən biri olacaq. 

Qeyd edək ki, tədbir çərçivəsində qadınların liderlik və peşəkar bacarıqlarının inkişafına yönəlmiş panel müzakirələri ilə yanaşı, dinamik sessiyalar və seminarlar təşkil olunacaq.

Ətraflı məlumat üçün: https://www.she-azerbaijan.com/
Qeydiyyat üçün: https://bit.ly/3RBKrir

Əlaqədar məqalələr
ROCKVELL BUSINESS

Azərbaycanda II Milli Rəqabət Forumu keçirilib

Azərbaycanda II Milli Rəqabət Forumu keçirilib Azərbaycan Respublikasının Prezidenti…
►►►
ROCKVELL BUSINESS

"Rebuild Karabakh 2025" sərgisində sahibkarlar üçün ödənişsiz stend təklifi

“Rebuild Karabakh 2025” sərgisində məhsul və xidmətlərini tanıtmaq istəyən…
►►►
ROCKVELL BUSINESS

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Mərkəzi Bankın valyuta ehtiyatları artıb Bu ilin avqust ayında Azərbaycan Mərkəzi…
►►►