Mətanət İsgəndərli  konsert proqramı ilə çıxış edib

Əməkdar artist Mətanət İsgəndərli solo konsert proqramı ilə çıxış edib.

“Gəl qayıdaq o illərə” adlı konsert 6 may Heydər Əliyev Sarayında təşkil olunub.

Qeyd edək ki, Mətanət İsgəndərli sonuncu dəfə 1998-ci ildə, ələ həmən möhtəşəm konsert salonunda, iki günlük solo konsert vermişdi.

Konsertdə  bir sıra tanınmış simalar, mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər. Gecədə məşhur  sənətçini ailə üzvləri də tək qoymayıb. Nəvələri Tuncay, Ruhlan və Mətanət səhnəyə yaxınlaşaraq ona gül dəstəsi və hədiyyələr veriblər.

Anşlaqla keçən konsertin aparıcısı Saleh Bağırov olub.

27 ildən sonra solo konsert verdiyini deyən müğənni tamaşaçılara səslənib : ” Qismətə çox inanıram. Deməli, qismət bu günə imiş. Allah istəməsə, ağacdan bir yarpaq da düşməz.  Sevənlərim məni heç kimə möhtac etdirmədi. Gücü, qüvvəti sizdən alıram. Vaxtınızı sərf edib konsertimə gəldiyiniz üçün təşəkkür edirəm”.

Sənətçi tamaşaçılara nostalji dolu anlar yaşadıb. İfa etdiyi “Gecədən sübhədək”, “Gəl qayıdaq o günlərə”, “Sevdirə bilmədim özümü sənə”, “Gecələr” kimi hit mahnıları hamının zövgünə oxşayıb. 

Canlı musiqi ,hit mahnılar ,dillər əzbəri olan nəğmələr gecəni unudulmaz edib.

Günel Həsənova