Belçika səfiri AZPROMO-da olub

Görüşdə iki ölkə arasında qeyri-neft sektorunda qarşılıqlı ticarət və investisiya imkanlarının reallaşdırılması perspektivləri müzakirə olunub.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da Belçika Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Julyen de Frepo ilə görüş keçirilib.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Agentliyin fəaliyyəti, “vahid pəncərə” funksiyası əsasında sahibkarlara göstərilən dəstək tədbirləri, ixracın təşviqi mexanizmləri, o cümlədən “Made in Azerbaijan” brendi və təsdiqi gözlənilən logistikanın subsidiyalaşması mexanizmi barədə məlumat verib. Bildirilib ki, ötən ilin may ayında Brüsseldə və bu ilin fevral ayında Bakıda Belçika nümanyəndə heyəti ilə keçirilən görüşlər iki ölkə arasında qarşılıqlı iqtisadi əlaqələrin inkişafına töhfə verəcək.

Səfir Julyen de Frepo Belçika və Azərbaycan arasında qarşılıqlı iqtisadi-ticarət tərəfdaşlığının genişlənməsi üçün böyük potensialın mövcudluğunu vurğulayıb, qeyri-neft ticarəti, investisiyalar, əczaçılıq, nəqliyyat və logistika sahələrindəki əməkdaşlıq perspektivlərini yüksək qiymətləndirib. Səfir həmçinin Qarabağda olan infrastruktur layihələri ilə yerindəcə tanış olduğunu və Belçika şirkətlərinin bu layihələrdə iştirakının mümkünlüyünü diqqətə çatdırıb.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Birbank-dan təqaüdçülərə özəl sərfəli  kredit təklifi

Birbank-dan təqaüdçülərə özəl sərfəli  kredit təklifi Birbank təqaüdçülər…
►►►
İqtisadiyyat / Biznes

Birbank debet kartları arasında köçürmələr limitsiz və komissiyasızdır

Birbank debet kartları arasında köçürmələr limitsiz və komissiyasızdır Maliyyə…
►►►
İqtisadiyyat / Biznes

Minimal komissiya ilə xaricə köçürmə fürsətini qaçırma!

Minimal komissiya ilə xaricə köçürmə fürsətini qaçırma! Yelo Bank-ın xaricə pul…
►►►