Xalq artisti Tünzalə Ağayeva ABŞ-də

Xalq artisti Tünzalə Ağayeva Amerika Birləşmiş Ştatlarına yollanıb.

Rockvell xəbər verir ki, buna səbəb işgüzar səfərdir. Pop ulduz 20 gün ərzində müxtəlif rəsmi görüşlərdə iştirak edəcək, eyni zamanda mədəniyyət mərkəzlərinin, təhsil ocaqlarının qonağı olub onların musiqiçiləri ilə yaxından tanış olub fikir mübadiləsi aparacaq. 

Sevilən müğənni ilk olaraq Vaşınqtona gedib. Maraqlı anlar yaşayan estrada ulduzu şəhər gəzintisindən ləntə alınan görüntülərini şəxsi “İnstagram” hesabında paylaşıb. Sənətçi “Parlament binası”nı, Vaşınqtonun küçələrini göstərib.  

Ağayeva paylaşımına “Vaşınqtonda günəşli gün” rəyini yazıb.

Əlaqədar məqalələr
ROCKVELL LIFE

VTB (Azərbaycan) baş ofisində "Talassemiyasız Həyat" Fonduna dəstək

VTB (Azərbaycan) baş ofisində “Talassemiyasız Həyat” Fonduna dəstək məqsədilə…
►►►
ROCKVELL LIFE

Yelo Bank banklararası mini-futbol liqasının çempionu olub

Yelo Bank banklararası mini-futbol liqasının çempionu olub “Fire League&#8221…
►►►
ROCKVELL LIFE

“AzInTelecom”dan şəhid övladlarına dəstək

“AzInTelecom”dan şəhid övladlarına dəstək Yeni tədris ili öncəsi “AzInTelecom”un…
►►►