Yeniliklərin təqdim olunduğu ənənəvi nümayiş məkanı
1990-cı illərin sonlarında boru ixracatçısı kimi fəaliyyətə başlayan Metak artıq 2000-ci illərin əvvəlində polad və plastik məmulatlar, həmçinin kənd təsərrüfatı avadanlıqları və qablaşdırma məhsulları istehsalçısına çevrilmişdir. Məhsullarımıza polad borular və birləşdirici elementlər, PPR borular və fitinqlər, isti döşəmə və kanalizasiya sistemləri üçün borular və fitinqlər, plastik konteynerlər və qutular, zibil qabları və Avropa paletləri daxildir.

“Metak” şirkətinin korporativ satış direktoru
Fəaliyyətimizin əsas istiqamətlərindən biri kənd təsərrüfatı texnikası və intensiv bağçılıq üçün nəzərdə tutulmuş məhsulların istehsalıdır. Caspian Agro sərgisində məhz bu kateqoriyaya aid texnika və sistemləri təqdim edirik.
Bundan əlavə, biz alma və digər meyvələrin, eləcə də meyvə və dekorativ bitkilərin tinglərinin yetişdirilməsi ilə də məşğuluq. Bu istiqamət şirkətimizin yeni fəaliyyət sahələrindən biridir və Caspian Agro 2025 sərgisinin ziyarətçilərinə təqdim olunur.
Biz Iteca Caspian şirkətinin Azərbaycanda təşkil etdiyi bir sıra sənaye sərgilərinin daimi iştirakçısıyıq. Hesab edirəm ki, bu fakt təkcə sərgilərə olan münasibətimizi yüksək və onların verdiyi real nəticələrə olan inamımızı aydın şəkildə göstərir. Azərbaycanda geniş tanınan məhsullarımıza həmişə böyük maraq olur. Bu sərgi uzun illərdir ki, yeniliklərimizi nümayiş etdirdiyimiz, mövcud tərəfdaşlarla əməkdaşlığımızı gücləndirdiyimiz və yeni tərəfdaşlar qazandığımız ənənəvi platformaya çevrilmişdir. Caspian Agro sərgisi hər zaman sahənin çoxsaylı peşəkarlarını cəlb edir və bu da bizim potensial müştərilərlə birbaşa təmas qurmaq baxımından olduqca əhəmiyyətlidir.