“AzerGold” QSC-nin İdarə Heyətinin sədri 4-cü “Yüksəliş” müsabiqəsinin qaliblərini qəbul edib

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri Aslan Həsənli və Rüfət Məmmədxanlı ilə növbəti görüşlərini keçirib.

Müsabiqə qaliblərinin fərdi inkişaf planlarına uyğun olaraq Səhmdar Cəmiyyətində idarəetmə sahəsində mövcud yanaşmalara həsr olunmuş görüşlərdə Zakir İbrahimov QSC-nin təşkilati strukturu, mövcud olan daxili nəzarət sistemləri, qərarların qəbul edilməsi qaydası haqqında fikirlərini bildirib, şəxsi təcrübəsini bölüşüb.

Həmçinin böhran vəziyyətlərinin idarə olunması, çevik, əhəmiyyətli və data əsaslı qərarların qəbul edilməsi, beynəlxalq əməkdaşlıq əlaqələrinin idarə olunması mövzuları müzakirə edilib, müsabiqə qaliblərinə sözügedən istiqamətlər üzrə bilik və bacarıqlarını artırmaları üçün müvafiq tövsiyyələr verilib.

Görüşlər mövzular ətrafında sual-cavab formatında davam edib.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis edilib.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin Son dövrdə nağdsız…
►►►
İqtisadiyyat / Biznes

Biznesiniz irəli getsin, komissiya 0% qalsın!

Biznesiniz irəli getsin, komissiya 0% qalsın! Bank VTB fərdi sahibkarlar üçün 50 000…
►►►
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►