Azərbaycan sərfəli ixrac bazarına çevrilib
Türkmənistanın “Uly Chinar” şirkəti, Mərkəzi Asiyanın ən böyük plastik qapaqlar, plastik butulkalar üçün tutacaqlar və PET-preformların istehsalçılarından biridir. Məhsulumuz və istifadə etdiyimiz Koreya mənşəli xammalımız dünya SGC və ISO 9001 standartlarına uyğundur. Satış coğrafiyamızı genişləndirərək, biz xarici bazarlara çıxış əldə edirik. Bu bazarlara Fars körfəzi ölkələri, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir. Son illərdə isə Azərbaycan bizim üçün əsas ixrac istiqamətlərindən birinə çevrilmişdir.

“Uly Chinar” Şirkətinin Xarici İqtisadi Əlaqələr üzrə Mütəxəssisi
Məhsulumuzun keyfiyyətinin sübutu olaraq, biz Özbəkistanda PepsiCo şirkətinin təsdiq olunmuş tədarükçüləriyik. Azərbaycanda isə bizim tərəfdaşlarımız, “Badamlı” və “Aqua Vita” kimi tanınmış brendlərdir və bu şirkətlər qazlı içkilər üçün qapaqlar alırlar.
Biz “InterFood Azerbaijan” sərgisində ilk dəfə iştirak edirik. Azərbaycanda bu vaxta qədər qurduğumuz tərəfdaşlıq münasibətləri əsasən internet vasitəsilə,“soyuq” zənglər, nümunə göndərmək və s. yolu ilə həyata keçib. Lakin sərginin təqdim etdiyi imkanlar miqyas və əhatə baxımından daha genişdir. “InterFood Azerbaijan”da su, içki və süd məhsullarının qablaşdırılması ilə məşğul olan çoxsaylı şirkətlər təmsil olunur.. Onların bir çoxu haqqında biz əvvəllər də məlumatlı idik.
Bu sərgi bizə birbaşa əlaqə qurmaq, məhsullarımızı yerində nümayiş etdirmək və yeni işgüzar tərəfdaşlıqlar yaratmaq imkanı verdi. Əminəm ki, sərgi Azərbaycan bazarındakı fəaliyyətimizi genişləndirmək baxımından bizim üçün faydalı olacaq.