Rumıniyaya xam neft məhsullarının ixracı artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycandan Rumıniyaya 224,8 milyon ABŞ dolları dəyərində 403,9 min tondan çox xam neft və neft məhsulları ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq göstəricilərini dəyər və həcm olaraq 2,4 dəfə üstələyir.

Cari ilin ilk rübü ərzində ölkədən ümumilikdə 3,33 milyard dollar dəyərində 6 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında Rumıniya 5-ci yerdə qərarlaşıb və ixrac həcminin 6,7 faizi bu ölkənin payına düşüb.

Əlaqədar məqalələr
Energetika

TAP boru kəməri ilə indiyədək Avropaya 54 milyard kubmetrdən çox qaz nəql edilib

TAP boru kəməri ilə indiyədək Avropaya 54 milyard kubmetrdən çox qaz nəql…
►►►
Energetika

Birjalarda neft qiymətləri

Birjalarda neft qiymətləri Dünya birjalarında neft ucuzlaşıb. Londonun ICE…
►►►
Energetika

Maye qazın istehsal həcmi artıb

Maye qazın istehsal həcmi artıb Bu ilin yanvar-oktyabr aylarında ölkədə 190 min ton maye…
►►►