Kalben Bakıda konsert proqramı ilə çıxış etdi

Türk alternativ musiqisinin ən xüsusi səslərindən olan Kalben “Event Office”in təşkilatçılığı ilə Bakıda möhtəşəm konsert proqramı ilə çıxış etdi.

Ürəkdən gələn sözləri və təsirli melodiyaları ilə qəlbləri oxşayan sənətçi 14 May tarixində Heydər Əliyev Sarayında Azərbaycanlı musiqisevərlərin görüşünə gəldi.

Kalben Sağdıç – türk musiqiçisi, söz yazarı və qadın hüquqlarının müdafiəçisidir.
Onun musiqiyə marağı hələ uşaqlıqda, 8 yaşında oyanıb, ilk gitarasını isə o özünə 14 yaşında alıb.  Səhnə adını daşıyan ilk albomu “Kalben” 2016-cı işıq üzü gördü.

Kalben Bakı pərəstişkarlarını salamlayıb:

“Sizlərlə bərabər olduğum üçün çox xoşbəxtəm. Mən sizi sevirirəm. Bakıda ikinci konsertimdi. Burada mənimlə olduğunuz üçün sizə çox təşəkkür edirəm”.

Tanınmış ifaçı səmimi və dərin mahnıları ilə dinləyicilərini duyğulu səyahətə aparıb.

Kalben “Sadece”, “Yara”, “Saçlar”, “İçimde Sen” və bir çox dillər əzbəri olan mahnılarını  səsləndirib.

Gecədə böyük alqışla qarşınan məqam isə Kalbenin Polad Bülbüloğlunun
“Gəl ey səhər” mahnısının ifa etməsi olub.

Konsert böyük anşlaqla keçib. Bu özəl gecədə Kalben Azərbaycan tamaşaçılarına  unikal musiqi ziyafəti təqdim edib.

Günel Həsənova

Əlaqədar məqalələr
İncəsənət / Dəb

"King's Style"- kralların seçimi

“King’s Style”- kralların seçimi Kişi geyimlərinin ən əsas…
►►►
İncəsənət / Dəb

Azerbaijan Fashion Week 2025: Moda, Yaradıcıq və Davamlılıq

Azerbaijan Fashion Week 2025: Moda, Yaradıcıq və Davamlılıq 20-25 may 2025 tarixlərində…
►►►
İncəsənət / Dəb

“Gülbahar” ABŞ-də səsləndi

“Gülbahar” ABŞ-də səsləndi Xəbər verdiyimiz kimi, Xalq artisti Tünzalə Ağayeva…
►►►