Azərbaycanın enoturizm potensialı inkişaf etdirilir

“Slow Wine” hərəkatının aparıcı ekspertlərinin, yerli şərabçıların və şərab sənayesi nümayəndələrinin iştirakı ilə icma əsaslı şərabçılıq ənənələrinin və şərab turizmi (enoturizm) imkanlarının inkişaf etdirilməsi üzrə görüş keçirilib. 

Görüşdə Azərbaycanın üzümçülük ənənələrinin beynəlxalq platformalarda tanıdılması üzrə əməkdaşlıq imkanları müzakirə olunub, həmçinin yerli istehsalçılarla icma əsaslı, şəffaf və dayanıqlı şərab istehsalına dair təcrübə və fikir mübadiləsi aparılıb.

İtaliyalı ekspertlərdən ibarət nümayəndə heyəti İsmayıllı, Qəbələ, Ağsu və Şamaxıda fəaliyyət göstərən şərab təsərrüfatlarını da ziyarət ediblər. 

Onlar yerli şərab istehsalını dəstəkləyən təbii şərtlər, ənənəvi becərmə və istehsal metodları ilə tanış olublar. 

Qeyd edək ki, “Slow Food” hərəkatının tərkib hissəsi kimi “Slow Wine” hər bir şərab bölgəsinin unikal üzüm sortlarının xüsusiyyətlərini əsas götürərək mədəni və bioloji müxtəlifliyi, ətraf mühitə təsirlərin azaldılmasına, dayanıqlı istehsala və aqroekoloji təcrübəyə əsaslanan ənənələrin qorunmasını təbliğ edir.

Dövlət Turizm Agentliyi tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınan yerli üzüm sortlarının və şərab növlərinin mövcudluğu nəzərə alınaraq şərabçılıq turizminin beynəlxalq səviyyədə təbliğatı aparılır. Ölkəmizdə qərb, şimal və şimal-qərb turizm marşrutları üzrə mövcud qədim şərabçılıq ənənələrinin yaşadılması və turizm məqsədli istifadəsi əsas inkişaf istiqamətləri sırasındadır.

Əlaqədar məqalələr
Turizm

Azərbaycanın turizm potensialı Almaniyada nümayiş olunur

Azərbaycanın turizm potensialı Almaniyada nümayiş olunur Azərbaycanın turizm potensialı…
►►►
Turizm

Yanvar ayında Azərbaycana 181 mindən çox xarici vətəndaş səfər edib

Yanvar ayında Azərbaycana 181 mindən çox xarici vətəndaş səfər edib 2026-cı ilin yanvar…
►►►
Turizm

Azərbaycanın beynəlxalq qastronomiya xəritəsində mövqeyi gücləndirilir

Azərbaycanın beynəlxalq qastronomiya xəritəsində mövqeyi gücləndirilir Dövlət Turizm…
►►►