Avtomobil idxalının strukturunda hibrid avtomobillərin payı artır

Bu ilin yanvar-aprel ayları ərzində ölkəyə 287,9 milyon ABŞ dolları dəyərində 14,3 mindən çox hibrid avtomobillər idxal olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricilərini dəyər ifadəsində 78 faiz və ya 126,1 milyon dollar, say baxımından isə təqribən 2,8 dəfə və ya 9,2 min ədəd üstələyir.

Ümumilikdə cari ilin ilk 4 ayında ölkəyə 616,1 milyon dollar (+22,6 faiz) dəyərində 33,7 mindən (+21,3 faiz) çox nəqliyyat vasitəsi idxal edilib. Hesabat dövründə avtomobil idxalının strukturunda hibrid avtomobillərin payı 42,4 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 24,1 faiz bəndi çoxdur.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Unibank birinci rübün maliyyə nəticələrini açıqladı 

Unibank birinci rübün maliyyə nəticələrini açıqladı Unibank KB 2026-cı ilin birinci…
►►►
İqtisadiyyat / Biznes

AccessBank 2026-cı ilin 1-ci rüb üzrə maliyyə hesabatını açıqlayır

AccessBank 2026-cı ilin 1-ci rüb üzrə maliyyə hesabatını açıqlayır Mikro, kiçik və…
►►►
İqtisadiyyat / Biznes

Birbank Invest-lə PAŞA Bank səhmdarı ol

Birbank Invest-lə PAŞA Bank səhmdarı ol Birbank Invest istifadəçilərinə yeni investisiya…
►►►