“Kolpa” Bakıda konsert proqramı ilə çıxış edib

Türkiyənin məşhur və uğurlu rok musiqi qruplarından biri olan “Kolpa” Hayal Kahvesində konsert proqramı ilə çıxış edib.
Konsertin təşkilatçısı – Event Office.

“Bakını çox sevirik. Burda dəfələrlə konsert vermişik. Təşəkkürlər gəldiyiniz üçün”, qrupun üzvü Barış Yurtçu pərəstişkarlarını salamlayıb.

Gecədə “Kolpa” hit mahnılarını bir-birinin ardınca ifa edib. Onların arasında – “Beni Aşka İnandır”, “Son Nefesim”, “Hiç bitmez Bu Masal”, “Gürur Benim Neyime”, “Nasıl Öğrendin Unutmayı” və s.

Konsertin unudulmaz anlardan biri isə Barış Yurtçu ilə tanlnmış azərbaycan müğənnisi Mərdan Kəzimovun dueti oldu.

Gecənin qonaqları sevimli musiqi sədaları altında bolluca rəqslər edərək mahnıları birgə səsləndiriblər.

24 May axşamı KOLPA konsertinə gələnlər üçün unudulmaz və əyləncəli bir gecə oldu.

Günel Həsənova

Əlaqədar məqalələr
City Life

Türk pop musiqisinin əfsanəvi ifaçısı Erol Evgin ilk dəfə Bakıda!

Türk pop musiqisinin əfsanəvi ifaçısı Erol Evgin ilk dəfə Bakıda! Türk pop musiqisinin…
►►►
City Life

Unibank IV Vergi və Mühasibatlıq Zirvəsinə dəstək verib

Unibank IV Vergi və Mühasibatlıq Zirvəsinə dəstək verib Unibank ölkəmizdə daha bir…
►►►
City Life

Kapellhaus-da şam işığında Vivaldi gecəsi

Kapellhaus-da şam işığında Vivaldi gecəsi 25 mart tarixində Bakının tarixi…
►►►