Azərbaycan və BƏƏ-nin Mərkəzi Bankları arasında Anlaşma Memorandumu imzalanıb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə BƏƏ-nin Mərkəzi Bankı arasında maliyyə sektoru üzrə əməkdaşlıq, təcrübə və məlumat mübadiləsinin möhkəmləndirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, tərəflər Memorandum çərçivəsində bankçılıq, sığorta, ödəniş xidmətləri, ödəniş sistemləri və maliyyə bazarlarının digər sahələri ilə bağlı qanunvericilik bazasının müzakirəsi, sürətli ödəniş sistemləri kimi pərakəndə ödəniş sistemlərinin qarşılıqlı inteqrasiyasının qiymətləndirilməsi, həmçinin qabaqcıl təcrübə haqqında məlumat mübadiləsinin aparılması istiqamətində əməkdaşlıq edəcəklər. Bununla yanaşı, hər iki qurum təcrübə və bilik mübadiləsi, o cümlədən qarşılıqlı maraq kəsb edən məsələləri müzakirə etmək üçün görüş, kurs, seminar və işgüzar səfərlərin keçirilməsi sahəsində qarşılıqlı fəaliyyət göstərəcəklər.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Unibank birinci rübün maliyyə nəticələrini açıqladı 

Unibank birinci rübün maliyyə nəticələrini açıqladı Unibank KB 2026-cı ilin birinci…
►►►
İqtisadiyyat / Biznes

AccessBank 2026-cı ilin 1-ci rüb üzrə maliyyə hesabatını açıqlayır

AccessBank 2026-cı ilin 1-ci rüb üzrə maliyyə hesabatını açıqlayır Mikro, kiçik və…
►►►
İqtisadiyyat / Biznes

Birbank Invest-lə PAŞA Bank səhmdarı ol

Birbank Invest-lə PAŞA Bank səhmdarı ol Birbank Invest istifadəçilərinə yeni investisiya…
►►►