İyulda Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyanın növbəti iclası keçiriləcək

Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyanın həmsədrləri, energetika naziri Pərviz Şahbazov ilə Vyetnamın sənaye və ticarət naziri Nguyen Hong Dien arasında onlayn formatda görüş olub.

invest iqtisadiyyat

Energetika Nazirliyinin məlumatına görə, görüşdə strateji tərəfdaşlıq səviyyəsinə yüksələn ikitərəfli əlaqələrin yeni istiqamətlər üzrə genişlənməsi, ticari-iqtisadi və enerji sahəsində əməkdaşlığın inkişafı üçün potensial imkanlar nəzərdən keçirilib. Bildirilib ki, Azərbaycan zəngin enerji ehtiyatlarına sahib olaraq regional enerji mərkəzi kimi fəaliyyət göstərir, Vyetnam isə elektrik enerjisi sahəsində sürətlə inkişaf edir və yaşıl keçidə yönəlir. Hər iki ölkə yeni texnologiyalar, bərpa olunan enerji və hidrogen sahəsində əməkdaşlıq perspektivlərinə malikdir. Həmçinin infrastruktur və logistika, kadr hazırlığı və təcrübə mübadiləsi üzrə əməkdaşlığın genişləndirilməsi niyyəti ifadə olunub.

İkitərəfli münasibətlərin yeni əməkdaşlıq sahələri ilə möhkəmlənməsində Hökumətlərarası Komissiyanın mühüm rolu vurğulanıb və cari ilin iyul ayında Komissiyanın 3-cü iclasının, habelə biznes forumun keçirilməsi razılaşdırılıb. Komissiyanın iclasının ticarət, investisiya, enerji, kənd təsərrüfatı, nəqliyyat, mədəniyyət və digər sahələr üzrə əməkdaşlığı əks etdirən gündəliyi və digər hazırlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

ABB binasında Libraff!

ABB binasında Libraff! ABB-nin törəmə şirkəti olan “ABB İnvest” investisiya…
►►►
İqtisadiyyat / Biznes

Leobank Uşaq kartını təqdim edir: erkən yaşdan maliyyə savadlılığı

Leobank Uşaq kartını təqdim edir: erkən yaşdan maliyyə savadlılığı “Unibank”ın…
►►►
İqtisadiyyat / Biznes

Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir

Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir Unibank neft…
►►►