Azərbaycan BMT Turizmin İcraiyyə Şurasının 123-cü sessiyasında təmsil olunub

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti İspaniya Krallığının Seqoviya şəhərində 29-30 may tarixlərində keçirilən BMT Turizmin İcraiyyə Şurasının 123-cü sessiyasında təmsil olunub.

Tədbir çərçivəsində Qana, Yunanıstan, Meksika və Birləşmiş Ərəb Əmirliklərindən 2026-2029-cu illər üçün Təşkilatın Baş katibi vəzifəsinə namizədliklərini təqdim etmiş nümayəndələr arasında İcraiyyə Şurasına üzv dövlətlərin iştirakı ilə seçkilər keçirilib.

Müvafiq dövr üçün BMT Turizmin Baş katibi Birləşmiş Ərəb Əmirliklərinin təmsilçisi xanım Şaixa Al Novais seçilib.

Azərbaycan nümayəndə heyətinin tərkibində Azərbaycanın İspaniya Krallığındakı fövqəladə və səlahiyyətli səfiri, BMT Turizm Təşkilatı yanında daimi nümayəndəsi Ramiz Həsənov da yer alıb.

Əlaqədar məqalələr
Turizm

Qazaxıstan və Özbəkistan turizm şirkətlərinin Azərbaycana tanışlıq səfəri təşkil olunub

Qazaxıstan və Özbəkistan turizm şirkətlərinin Azərbaycana tanışlıq səfəri təşkil…
►►►
Turizm

Azərbaycanla Yunanıstan arasında turizm....

Azərbaycanla Yunanıstan arasında turizm əlaqələrinin genişləndirilməsi perspektivləri…
►►►
Turizm

Azərbaycan Turizm Bürosu ilə “Slovakia Travel” arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Turizm Bürosu ilə “Slovakia Travel” arasında əməkdaşlıq memorandumu…
►►►