“AzerGold” QSC və RİİB Daşkəsəndə ekoloji tədbirlər keçirib

“AzerGold” QSC və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) təşkilatçılığı ilə Daşkəsən rayonunda 5 İyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunmuş “Təbiətə qayğı missiyamızdır!” devizi altında təlim və təmizlik aksiyası keçirilib.

Ətraf mühitin mühafizəsi, tullantıların düzgün idarə olunmasının təşviqi və ictimaiyyətin bu sahədə maarifləndirilməsi məqsədilə təşkil edilən tədbirlərdə QSC-nin əməkdaşları və RİİB könüllüləri iştirak ediblər.

Əvvəlcə Gəncə-Daşkəsən iqtisadi rayonunun ən böyük su hövzələrindən biri olan Qoşqarçayın Daşkəsən rayonunun Quşçu kəndindən keçən hissəsində plastik çirklənmənin ətraf mühitə təsirlərinə dair maarifləndirici təlim keçirilib. Təlim zamanı ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması, tullantıların təkrar emalı ilə təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına töhfə verilməsi istiqamətində məruzələr dinlənilib.

Daha sonra tədbir iştirakçıları tərəfindən Qoşqarçayın sahilləri boyu, təqribən 2 hektara yaxın meşə ərazisi plastik, polietilen, metal, şüşə, kağız, karton və digər tərkibli tullantılardan təmizlənib. Yığılmış tullantılar çeşidlənərək, təkrar emala yönəldilib. Eyni zamanda aksiya iştirakçıları Daşkəsən şəhərinin mərkəzi küçələrinə yeni tullantı konteynerləri yerləşdiriblər.

Qeyd edək ki, “AzerGold” QSC ölkəmizin dağ-mədən sənayesini uğurla təmsil edən dövlət şirkəti olaraq, ekoloji məsələlərə xüsusi önəm verir. QSC hasilat və istehsalat proseslərini yerli və beynəlxalq ekoloji standartlara uyğun həyata keçirməklə yanaşı, regionlarda mütəmadi ekoloji layihələr təşkil edir. Hər il QSC-nin təşəbbüsü ilə ağacəkmə, yaşıllaşdırma və təmizlik aksiyaları həyata keçirilir.

Xatırladaq ki, Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü 1972-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən təsis olunub. BMT-nin Ətraf Mühit Proqramı (UNEP) tərəfindən “Plastik çirklənmənin həlli yolları” bu ilin mövzusu seçilib. Mövzu çərçivəsində plastik tullantıların azaldılması və təkrar emalın təşviqi məqsədilə “#BeatPlasticPollution” kampaniyası həyata keçirilir.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

“Unibank”dan 0 % komissiyalı kredit fürsəti – cəmi 2 gün!

“Unibank”dan 0 % komissiyalı kredit fürsəti – cəmi 2 gün! Əgər kredit götürməyi…
►►►
İqtisadiyyat / Biznes

ARMB-nın 84 günlük Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Azərbaycan Respublikasının Mərkəzi Bankının 84 günlük Notlarının yerləşdirilməsi…
►►►
İqtisadiyyat / Biznes

ABB “Qarabağ” Futbol Klubunun rəsmitərəfdaşı oldu!

ABB “Qarabağ” Futbol Klubunun rəsmitərəfdaşı oldu! Ölkəmizdə idmanın…
►►►