Rafet El Roman Bakıda konsert proqramı ilə çıxış edib.
7 iyun özünəməxsus ifaları ilə milyonların qəlbini fəth edən türk pop musiqisinin məşhur ifaçısı Rafet El Roman Heydər Əliyev sarayında konsert proqramı ilə çıxış edib.


Tanınmış müğənninin canlı ifaları, səhnədəki perfomansı, işıq effektləri və musiqiçilərin peşəkar müşayiəti konsertə gələnlərə əsl musiqi bayramı yaşatdı. Tamaşaçılar demək olar ki, bütün mahnıları sevilən müğənni ilə birgə ifa etdilər.
Səhnədən Azərbaycan xalqını salamlayan müğənni Bakıda olmaqdan məmnunluq hissi keçirdiyini dedi:
“Bakını çox sevirəm. Burada hər konsertim mənə zövq verir. Bakıda özümü evimdəki kimi hiss edirəm”.
Türk pop musiqisinin məşhur ifaçısı, “ və digər hitləri ilə könülləri fəth edən Rafet el Roman Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edəcək. Konsert 7 İyun Heydər Əliyev sarayında baş tutacaq. Tanınmış sənətçini səhnədə musiqiçiləri və rəqs qrupu müşayiət edəcək.
İki saatdan çox davam edən konsertdə sənətçi köhnə və yeni mahnılarını ifa edib. Onların arasına – Gönül yarası”, “Bana sen lazımsın”, “Senden sonra”, “Sürgün”, “Yalançı şahidim”, “Ömrümün sahibi”, “Beni aff edermisin”, “Seni seviyorum” və s. Sevilən müğənni Azərbaycan klassik estradasının şedevr əsərlərindən olan və ilk dəfə Rəşid Behbudovun oxuduğu “ Sənə də qalmaz ” mahnısını ifa edib.
Rafet El Roman qızı Su El Roman ilə oxuduğu yeni “Mazide” mahnısı gecəyə xüsusi rəng qatıb.



Rafet El Romanın bütün ifaları gurultulu alqışlarla qarşılanıb.
Qeyd edək ki, konsertin təşkilatçısı EMKI Production olub.