“CineMastercard”-da “Aşkın Yüzü”” Türk romantik hekayəsi

Yalnız “CineMastercard” premium kinoteatrlar şəbəkəsində iyunun 12-dən “Aşkın Yüzü” türk romantik dramının nümayişi başlayır.

Rejissor Emre Erdoğdu.

Baş rolları Helin Kandemir və Onur Seyit Yaran canlandırıb.

Film haqqında qısaca: Təsadüfən yolları kəsişən iki gənc — Özgür və Özlem, bir-birlərinin həyatına gözlənilməz məna qatırlar. Üzləri tanıya bilməmə (prosopaqnoziya) problemi yaşayan Özgür dünyanı səslər və detallarla dərk edərkən, daim ətrafı tərəfindən görməzdən gəlinən Özlem onunla tanış olanda ilk dəfə həqiqətən var olduğunu hiss edir. Aralarında yaranan bu saf bağ hər ikisini dəyişəcək daxili səyahətin qapısını açır. Özgür eşqin mürəkkəb hissləri ilə üzləşdiyi halda, Özlem görünməyin verdiyi cəsarətlə özünü yenidən kəşf edir.

Filmdə növbəti vacib mövzulara toxunulur: sevdiyinin üzünü tanımadan ona qarşı sevgi hiss etmək mümkündürmü və səni heç vaxt olduğun kimi görməyən bir dünyada öz dəyərini necə tapa bilərsən?

“Aşkın Yüzü” — bu, həqiqi bir görüşün hər şeyi necə dəyişə biləcəyindən bəhs edən bir hekayədir!

“CineMastercard” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Əlaqədar məqalələr
City Life

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib Bakıda Çin…
►►►
City Life

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib 14 avqust…
►►►
City Life

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib Hindistanın…
►►►