Ehtiyatlı olun: təcavüzkarlar “Labubu”nun artan populyarlığı fonunda aktivləşiblər

Kaspersky mütəxəssisləri “Labubu” oyuncaqlarını almaq istəyənləri hədəf alan bir neçə saxtakarlıq sxemi aşkar ediblər

Dələduzluq saytları. 2025-ci ilin may ayından etibarən şirkət “Labubu” oyuncaqlarını almağı təklif edən müxtəlif dillərdə, o cümlədən rus, ispan, fransız, macar və portuqal dillərində yüzlərlə saxta internet saytı aşkar edib. Fırıldaqçılar potensial qurbanları səxavətli endirimlər, guya orijinal fiqurların kataloqları olan, nadir kolleksiyalar və eksklüziv personajlar seriyasını almaq imkanı təqdim edən saxta resurslara cəlb edirlər. Mütəxəssislər məşhur oyuncaqların istehsalçısı olan “Pop Mart” rəsmi internet mağazasının saxta versiyalarını da aşkar ediblər. Bu cür fırıldaq səhifələrində insanlar pul və daxil etikdə ödəniş məlumatlarını itirmək riski ilə üzləşirlər.

Messencer ​​botları. Mütəxəssislər qeyd edirlər ki, “Telegram”ın rusdilli seqmentində də guya “Labubu” oyuncaqlarını qazanmaq və ya almaq şansı verən botlar peyda olub. Bunun üçün insanlardan şübhəli məzmunlu bir sıra kanallara abunə olmaq xahiş olunur: bu kanallarda digər şeylərlə yanaşı, internetdə “asan pul” qazandıran fırıldaqçı layihələr reklam oluna bilərlər. Bəzi hallarda təcavüzkarlar botu qurbanın qrupunun və ya kanalının administratoru etməyi xahiş edirlər – əfsanəyə görə bu, hədiyyə uduşunda iştirak etmək üçün də vacib şərtdir. Bununla belə, şəxs bota bu cür hüquqları təqdim etməyə razılıq verərsə, onun sahibləri, məsələn, abunəçilərin siyahısını görə, paylaşımları dərc edə və silə bilərlər.

“Fırıldaqçılar Labubu oyuncaqları ilə bağlı təlaşa tez reaksiya veriblər. Onların tez-tez məhsullar və ya cari xəbərlər ətrafında bu cür təlaşlardan öz fırıldaq sxemlərində istifadə etdiyini anlamaq vacibdir. Buna görə də istifadəçilərə həmişə internetdəki cazibədar təkliflərə tənqidi yanaşmağı, alış-veriş üçün onlayn mağazaları diqqətlə seçməyi və həmçinin saxta resurslara keçidə imkan verməyəcək etibarlı təhlükəsizlik həllindən istifadə etməyi tövsiyə edirik”, – deyə Kaspersky-nin baş məzmun analitiki Olqa Altuxova bildirir.