Unibank rəhbərliyində yeni təyinat olub
Unibank KB rəhbərliyinin qərarı ilə Andrey Qrab İdarə heyətinin üzvü, Baş Risk inzibatçısı vəzifəsinə təyin olunub.

Andrey Qrab bank sektorunda 17 ildən artıq təcrübəyə malikdir. O, bir sıra ölkələrdə müxtəlif banklarda rəhbər vəzifələrdə çalışıb.
Andrey Qrab Lvov Politexnik Milli Universitetində bakalavr və magistr təhsili alıb.