“FINCA Azerbaijan” MM QBKT-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
17 iyun 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “FINCA Azerbaijan” MM QBKT-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 23.06.2025-ci il tarixində keçiriləcəkdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
| Emitentin adı | “FINCA Azerbaijan” MM QBKT |
| Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2008019203 |
| İstiqrazların növü və forması | Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar |
| Ticarət üsulu/forması | Kütləvi/ Birqiymətli hərrac |
| İstiqrazların sayı | 20,000 ədəd |
| İlkin ticarət qiyməti | 100 manat |
| İstiqrazların buraxılış həcmi | 2,000,000 manat |
| İllik gəlirlilik faizi | 15% |
| Ödəmə Periodu | İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq və 1 ayda günlərin sayını 30 (otuz) götürməklə hər 3 (üç) aydan bir ödənişlər həyata keçiriləcəkdir. |
| Tədavül müddəti | 18 ay |
| Ticarətə buraxılma tarixi | 23.06.2025 |
| Anderrayter | “Unicapital İ.Ş.” ASC |








