Kaspersky eSim bazarında: “Kaspersky eSIM Store” tətbiq olundu

İstifadəçilər böyük mobil rabitə xərcləri və fiziki SIM kart almaq ehtiyacı olmadan işgüzar ezamiyyətlər və xaricdə tətil zamanı internetə daxil ola biləcəklər.

Kaspersky özünün “Kaspersky eSIM Store” adlı iOS və Android üçün tətbiqini, eləcə də xaricdə onlayn qalmaq üçün yerli telekommunikasiya operatorlarından uyğun tariflə eSIM*-i tez seçmək, almaq və aktivləşdirmək imkanı təqdim edən vebsaytını təqdim edib. Şirkət üçün bu, rahat və müasir məhsulla yeni auditoriyaya – aktiv səyahətçilərə birbaşa çıxış imkanıdır.

“Kaspersky eSIM Store” ilə istifadəçilər regional seçimlər sayəsində həm bir ölkə, həm də bir neçə istiqamət üçün internet paketlərini birləşdirə bilərlər. Burada dünyanın 150-dən çox ölkə və ərazisindəki operatorların iki formatda təqdim olunan ümumilikdə 2 mindən çox tarif planları arasından seçim etmək mümkündür:

• qısamüddətli: tarif yalnız müəyyən müddətə qüvvədədir və bu müddət bitdikdən sonra qüvvədən düşür;

• limitsiz: alınmış gigabaytları bitənə qədər istifadə edilir.

İnternet saytında və ya “Kaspersky eSIM Store” tətbiqində açılmış şəxsi profil vasitəsilə balansı yoxlamaq və artırmaq mümkündür. Paketin qiyməti seçilmiş gigabayt həcmindən və internetdən istifadə üçün planlaşdırılan təyinat məntəqəsindən asılıdır. Səyahətçilər əldə etdikdən dərhal sonra bir neçə kliklə eSIM-i aktivləşdirə və ya aktivləşdirməni istəklərinə uyğun tarixə planlaşdıra bilərlər**.

“Kaspersky eSIM Store” layihəsi eSIM və onunla bağlı xidmətləri təqdim edən texnologiya tərəfdaşı “BNESIM Limited” ilə birgə həyata keçirilir.

“Xaricə səyahət edərkən internetə sabit çıxış təkcə rahatlıq deyil, həm də təhlükəsizlik və səmərəlilik, ailə və həmkarlarla əlaqə saxlamaq imkanıdır. Bu baxımdan eSIM texnologiyası səyahətçilərin həyatını əhəmiyyətli dərəcədə sadələşdirə bilər. Bu texnologiya getdikcə genişlənir: GSMA-nın proqnozlarına görə 2028-ci ilə qədər dünya smartfonlarınım yarısı şəbəkəyə eSIM-in köməyilə qoşulacaq. Buna görə də bu bazar seqmentini diqqətdə saxlayırıq”, – deyə Kaspersky-nin İstehlak biznesi departamentinin direktoru Mixail Gerber bildirir. “’Kaspersky eSIM Store’ sayəsində səyahətçilər yerli mobl operator mağazalarını axtarmağa ehtiyac duymadan əvvəlcədən sərfəli tarif seçə bilərlər”.

“Kaspersky eSIM Store” tətbiqi “iOS” və “Android” əməliyyat sistemləri ilə işləyən smartfonlar üçün “App Store”, “Google Play” və “RuStore”da mövcuddur.

Kaspersky ekspertlərinin bir başqa qeydi: cihazları və məxfi məlumatları kibertəhdidlərdən gündəlik, o cümlədən səyahət zamanı qorumaq üçün istifadəçilərin “Kaspersky Premium” kimi etibarlı müdafiə həllini quraşdırması vacibdir.

* Əgər istifadəçinin cihazı eSIM-i dəstəkləyirsə. Uyğunluğu vebsaytda və “Kaspersky eSIM Store” tətbiqində yoxlamaq mümkündür.

** Tarifə qoşulmaq üçün internet tələb olunur.

Əlaqədar məqalələr
Elm / Texnologiya

Azercell Ucal Haqverdiyevin 65 illik yubileyi münasibətilə rəssamın əsərlərindən ibarət kitabı təqdim etdi

Azercell Ucal Haqverdiyevin 65 illik yubileyi münasibətilə rəssamın əsərlərindən ibarət…
►►►
Elm / Texnologiya

AHİK İT sistemlərini “Hökumət buludu”na köçürüb

AHİK İT sistemlərini “Hökumət buludu”na köçürüb “Hökumət buludu”nun (G-cloud)…
►►►
Elm / Texnologiya

“Yay Təcrübə Proqramı”nın qrup tapşırıqları mərhələsi keçirilib

“Yay Təcrübə Proqramı”nın qrup tapşırıqları mərhələsi keçirilib İqtisadiyyat…
►►►