“ASAN xidmət”in İnnovasiyalar Mərkəzi İT sistemlərini “Hökumət buludu”na köçürüb

“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanının icrası davam etdirilir.

Fərmanın icrası çərçivəsində daha bir dövlət qurumu – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan İnnovasiyalar Mərkəzi informasiya sistemləri və ehtiyatlarını “Hökumət buludu”na köçürüb.

İnnovasiyalar Mərkəzinin əsas rəqəmsal resursları AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC-yə məxsus Bakı Data Mərkəzinə qismən yerləşdirilib. “AzInTelecom” tərəfindən İnnovasiyalar Mərkəzinə “Virtual server – IaaS” (İnfrastructure-as-a-Service) və “Rezervlənmə – BaaS” (Backup-as-a-Service) “bulud” xidmətlərinin göstərilməsi təmin edilib. Bununla qurum kritik sistemlərin yüksək əlçatanlığına nail olub.
Qeyd edək ki, “Hökumət buludu” layihəsi çərçivəsində dövlət qurumlarının İT sistemlərinin “AzInTelecom”a məxsus Bakı əsas və Yevlax ehtiyat data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir. Miqrasiya nəticəsində qurumların cari İT xərcləri azalır, informasiya sistemlərinin məhsuldarlığı artır. Beləliklə, təkmilləşdirilmiş informasiya təhlükəsizliyinə, dayanıqlı İT infrastrukturuna, keyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.

“AzInTelecom” MMC “bulud” xidmətləri üzrə beynəlxalq standartları müəyyənləşdirən “TIER III” sertifikatını Cənubi Qafqaz regionunda əldə etmiş ilk qurumdur.

Əlaqədar məqalələr
Elm / Texnologiya

Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib

Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib Mobil…
►►►
Elm / Texnologiya

Qırmızı kart: Fırıldaqçılar DÇ 2026 ərəfəsində aktivləşiblər

Qırmızı kart: Fırıldaqçılar DÇ 2026 ərəfəsində aktivləşiblər Kibercinayətkarlar…
►►►
Elm / Texnologiya

VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub.

VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub. Ümumi təhsil…
►►►