Mastercard-ın yeni hesabatı “Z” nəsli arasında qlobal bankçılıq tendensiyalardan; Azərbaycanın maliyyə sektoru üçün tövsiyələrdən danışır
- Mastercard-ın qlobal hesabatı “Z” nəslinin bankçılıqdan gözləntilərini önə çəkir – sürət, fərdiləşdirmə və hər şeydən əvvəl etibar. Bu, Azərbaycanda maliyyə institutları üçün aydın yol xəritəsi təklif edir.
- “Z” nəsli həyat tərzlərinə uyğun sürətli, intuitiv və ehtiyaclara uyğunlaşdırılmış alətlərlə rəqəmsallaşdırılan maliyyə təcrübələri tələb edir – hər gün istifadə etdikləri proqramlar kimi.
- Abunəliklərin idarə edilməsindən tutmuş ödənişlərin başa düşülməsinə qədər, “Z” nəsli pullarına nəzarət etmək üçün tam görünmə və sadə alətlər gözləyir.
Qlobal tendensiyalar göstərir ki, yüksək rəqəmsal savadlılğa malik gənclərin yeni dalğası xidmətlərin iş prinsipininin, o cümlədən maliyyə dünyasında gələcəyini formalaşdırmağa başlayır. Bu, sadəcə olaraq, bu nəsilə xas tendensiya deyil, bankçılığın, məlum olduğu kimi, inkişaf etməli olduğuna bir işarədir. 1997-2012-ci illər arasında anadan olmuş “Z” nəsli böyük istehlakçı qüvvəsinə çevrilir. Onlar fərqli düşünür, daha sürətli hərəkət edir və daha çox şey gözləyirlər. Mastercard -ın bu yaxınlarda dərc edilmiş “Hamı üçün yaxşı: Transaksiya etibarı ekosisteminin yaradılması” adlı hesabatında böyüməkdə olan bu nəslin gözləntilərini yerinə yetirən yerli banklar və fintexlər üçün müvafiq istiqamət təklif edilir.

Sürətli, sadə, rəqəmsal: yeni təməl tələblər
“Z” nəsli dünyanın ən onlayn aktiv qruplarından biridir və Azərbaycan da bu baxımdan istisna deyil. Əlindəki smartfonlar və rəqəmsal ödənişlərin ikinci dünyaya çevrilməsi ilə onlar gündəlik istifadə etdikləri tətbiqlərin sürətinə və sadəliyinə uyğun bank təcrübələri gözləyirlər. Filial ziyarəti və ya təsdiq üçün günlər gözləmək artıq onların istəkləri ilə ayaqlaşmır. İntuitiv, sürətli və çevik rəqəmsal alətlərə üstünlük verən banklar bu gözləntiləri qarşılamaq üçün daha yaxşı mövqe tutacaqlar.
Fərdiləşmə əsas tələb kimi
Qlobal miqyasda “Z” nəsli fərdiləşdirilmiş xidmətlərə keçidi önündə gedir. Onlar həyat tərzlərinə, vərdişlərinə və dəyərlərinə uyğunlaşdırılmış maliyyə məhsulları istəyirlər – hər şey üçün vahid həllər yox. Bu gedişat Azərbaycanda məqsədyönlü təkliflər hazırlamaq imkanı yaradır: tələbə büdcələri üçün debet kartları, frilans gəlirlərin izlənilməsi üçün funksiyalar və ya qənaət tövsiyələrini fərdi xərcləmə modellərinə uyğunlaşdıran proqramlar. Bank işinin gələcəyi əhatəlilikdə deyil, uyğunluqdadır.
Nəzarət tələbi
“Z” nəsli pullarını necə idarə etdiklərini aydın görmək və ona nəzarət etmək istəyir. Onlar tez-tez bir anda yayım, qida çatdırılması və ya mobil proqramlar kimi bir neçə xidmət üçün ödəniş edirlər və bunları izləməyin asan yollarına üstünlük verirlər. Azərbaycanda banklar öz tətbiqlərində istifadəçilərə abunəlikləri dayandırmaq və ya ləğv etmək, xəbərdarlıq almaq və müntəzəm ödənişləri idarə etmək kimi imkanları vahid platformada təqdim sadə alətlər təklif etməklə fərqlənə bilərlər.
Şəffaflıq vasitəsilə etibar
“Z” nəslinin etibar şəffaflıq və hesabatlılıq vasitəsilə qazanılır. Ənənəvi nüfuz açıq kommunikasiyadan daha az inandırıcıdır. Onlar məlumatların istifadəsini, ödəniş strukturlarını və təhlükəsizlik tədbirlərini anlamaq istəyirlər. Tokenləşdirmə, biometrik giriş və real vaxt siqnalları kimi texnologiyalar əsas rol oynayır, lakin dil də həmçinin. Aydın, birbaşa izahatlar sədaqət yaradır. Bu şəffaflığı təmin edən banklar gənc istifadəçilər arasında tərəfindən daha çox qəbul ediləcəklər.
Maliyyə etibarının gücləndirilməsi
Bir çox “Z” nəsli istifadəçiləri kreditlə maraqlanmağa başlayanda – istər təhsil, səyahət, istərsə də ilk cihazın alış üçün – bu, banklar üçün etimad yaratmaq üçün unikal fürsətə çevrilir. Təhsil alətləri, şəffaf kredit hesabı izlənməsi və təhlükəsiz kredit məhsulları daha ağıllı maliyyə vərdişlərini dəstəkləyə bilər. Qənaət məqsədlərini oyunvari əyləncəyə çevirən və ya borclanma şərtlərini aydınlaşdıran proqramlar nəinki riski azaldır, həm də təması dərinləşdirir.
Texnologiyaya əsalanan fərdi bankçılıq
Mastercard-ın “Dinamik Yığım” platforması bank təcrübəsinə qabaqcı fərdiləşdirmə gətirir ki, bu da “Z” nəslinin getdikcə daha çox gözlədiyi bir şeydir. Real vaxt dataından və davranış məlumatlarından istifadə etməklə banklar hər bir istifadəçinin unikal profilinə əsaslanaraq təkliflər, məzmun və məhsul tövsiyələrini uyğunlaşdıra bilər. Azərbaycanda bu, xərcləmə tövsiyələrindən tutmuş fərdiləşdirilmiş kart xüsusiyyətlərinə qədər müvafiq təcrübələri tətbiq daxilində təqdim etmək üçün yeni imkanlar açır. Ümumiləşdirmədən daha çox uyğunluğu qiymətləndirən nəsil üçün bu cür uyğunlaşma xidməti tez bir zamanda standarta çevrilir.
Bu nəsil təkcə dəyişikliyə təsir göstərmir, həm də onu gözləyirlər. “Z” nəli bank işinin daha sürətli, daha şəffaf və daha fərdi olmasını istəyir. Düşündürən yenilik və aydın kommunikaiya ilə tez uyğunlaşanlar təkcə “Z” nəslinin diqqətini çəkməyəcək, həm də onların sadiqliyini qazanacaqlar. Azərbaycanda banklar və fintexlər üçün bu, müşahidə edilməli bir tendensiya deyil, hərəkətə keçmək üçün bir çağırışdır.
Mastercard-ın hesabatı qlobal araşdırmaları əks etdirsə də, onun əsas tapıntıları Azərbaycanın maliyyə sektoru üçün getdikcə daha çox aktual olan ümumi nümunələri vurğulayır. Bu anlayışları qəbul edən yerli banklar bazarda ilk olan rəqəmsal dizayna, fərdiləşdirilmiş xidmətlərə və istifadəçi nəzarətinə investisiya etməklə sabahın ən dəyərli müştəriləri ilə daha güclü əlaqələr quracaqlar.
Mastercard haqqında
Mastercard dünya üzrə 200-dən çox ölkə və ərazidə iqtisadiyyatları və insanları dəstəkləyir. Müştərilərimizlə birgə hər kəsin inkiaf edə biləcəyi dayanıqlı iqtisadiyyat qururuq. Biz geniş çeşiddə rəqəmsal ödəniş seçimlərini dəstəkləyir, əməliyyatları təhlükəsiz, sadə, ağıllı və əlçatan edirik. Texnologiyamız və yeniliklərimiz, tərəfdaşlıqlarımız və şəbəkələrimiz birləşərək insanlara, müəssisələrə və hökumətlərə ən böyük potensiallarını reallaşdırmağa kömək edən unikal məhsul və xidmətlər dəsti təqdim edir.