“SİMA İmza” ilə elektron səhiyyə xidmətləri daha əlçatan oldu

SİMA yeni nəsil rəqəmsal imza “e-Səhiyyə” veb-portalı və eyniadlı mobil tətbiqə inteqrasiya edilib.

İnteqrasiya nəticəsində vətəndaşlar üçün bir çox səhiyyə xidmətlərinə onlayn əlçatanlıq təmin edilib. Artıq vətəndaşlar adıçəkilən portala və ya mobil tətbiqə “SİMA İmza” ilə daxil olaraq xəstəlik vərəqələri, tibbi arayışlar, reseptlər, epikrizlər, peyvəndlər, analizlər, müayinə nəticələrinin alınması və digər xidmətləri onlayn şəkildə əldə edə bilərlər.

Bundan başqa, donor olmaq üçün məsafədən müraciətlərin göndərilməsi də “SİMA İmza” vasitəsilə mümkün olub. Müraciəti Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin rəsmi saytında (odtkm.gov.az) formalaşdırmaq mümkündür.

Diqqətə çatdıraq ki, vətəndaşlar qeyd edilən elektron xidmətləri əldə etmək üçün əvvəlcə “SİMA İmza” ilə “digital.login” sisteminə daxil olmalıdır.

“SİMA İmza” haqqında

SİMA rəqəmsal imza AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən yaradılıb. “SİMA İmza” tətbiqinin endirilmə sayı 4,2 milyonu ötüb. “SİMA İmza” mobil tətbiqini yükləməklə əldə olunan yeni nəsil rəqəmsal imza ilə vətəndaşların xidmət mərkəzlərindən asılılığına son qoyulur, qurumların iş yükü və xərcləri azalır. “SİMA İmza” tətbiqində qeydiyyat vətəndaşlar üçün ödənişsizdir. Ətraflı məlumatı sima.az saytından və “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.

Əlaqədar məqalələr
Elm / Texnologiya

SİMA və “Yelo Bank”dan yeni rəqəmsal imkanlar

SİMA və “Yelo Bank”dan yeni rəqəmsal imkanlar SİMA Rəqəmsal Həllər Platformasının…
►►►
Elm / Texnologiya

Azercell-in Əlaqə Mərkəzi 2025-ci ilin....

Azercell-in Əlaqə Mərkəzi 2025-ci ilin ilk yarısında2,5 milyondan çox müraciət qəbul…
►►►
Elm / Texnologiya

Bir neçə yerdə işləyən zumerlər kibercinayətkarlar....

Bir neçə yerdə işləyən zumerlər kibercinayətkarlar üçün asan hədəfə…
►►►