Bakıda beynəlxalq ekspertlər konfransı keçirilir

İyunun 23-də Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və ICOMOS Beynəlxalq Təşkilatının (Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şura) birgə tərəfdaşlığı ilə Bakı şəhərində “Köçərilik Dünya İrsi Təşəbbüsü: Beynəlxalq Ekspertlər Konfransı” öz işinə başlayıb.

Tədbirdə Dünya İrs Mərkəzi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), BMT-nin Ətraf Mühit Proqramı (UNEP), ICOMOS və Beynəlxalq Təbiəti Mühafizə İttifaqı (IUCN) kimi beynəlxalq təşkilatların ABŞ, Çin, Böyük Britaniya, İspaniya, Kanada, İtaliya, Almaniya, Avstriya, Türkiyə, Fransa, Monteneqro, Keniya, Qana, Benin, Cənubi Afrika, Özbəkistan, Gürcüstandan olan mütəxəssisləri, elmi-tədqiqat institutları və universitetlərin alimləri, həmçinin yerli ekspertlər iştirak edirlər.

25 iyuna kimi davam edəcək konfransın əsas məqsədi dünyanın müxtəlif bölgələrində mövcud olan köçəri mədəni landşaftların araşdırılması, bu irsin qorunması, iqlim dəyişiklikləri və sosial-iqtisadi transformasiyalar kontekstində onların dayanıqlı turizm potensialının inkişaf etdirilməsi məsələlərinin müzakirə olunmasıdır. 18 ölkədən 30-a yaxın nümayəndənin iştirak etdiyi tədbirdə beynəlxalq və yerli ekspertlərin təqdimatları, panel müzakirələri və tematik işçi sessiyaları təşkil olunacaq.

Konfransda, həmçinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş “Xınalıq kəndi və Köç yolu” mədəni landşaftı nümunəsi əsasında bu irs növünün yaşadılması, onun turizm imkanlarının reallaşdırılması, dünyada oxşar mədəni landşaftların mühafizəsi və Ümumdünya İrs Siyahısına daxil edilməsi üzrə praktiki mexanizmləri müzakirə olunacaq.

Qeyd edək ki, Azərbaycanın “Xınalıq və Köç Yolu” mədəni landşaftı 2023-cü ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildikdən sonra dünyada mövcud olan oxşar mədəni irs əraziləri üçün qlobal tanıtım və qorunma mexanizmlərinin tətbiq edilməsi, həmin ərazilərin turizm potensialının öyrənilməsi baxımından “Köçərilik Dünya İrsi Təşəbbüsü: Beynəlxalq Ekspertlər Konfransı” xüsusi əhəmiyyətə malikdir.

Əlaqədar məqalələr
Turizm

Quba Regional Turizm Şurasının işçi qrupunun ilk iclası keçirilib

Quba Regional Turizm Şurasının işçi qrupunun ilk iclası keçirilib Aprelin 17-də Şabran…
►►►
Turizm

Azərbaycanın turizm imkanları Türkiyədə silsilə tədbirlər çərçivəsində təqdim olunub

Azərbaycanın turizm imkanları Türkiyədə silsilə tədbirlər çərçivəsində təqdim…
►►►
Turizm

Turizm sahəsində Azərbaycan-Belarus əlaqələri gücləndirilir

Turizm sahəsində Azərbaycan-Belarus əlaqələri gücləndirilir Azərbaycan 7-9 aprel…
►►►