İnvestisiya şirkətlərinin yanvar-iyun ayları üzrə dövriyyələrinə görə RENKİNQİ

2025-ci ilin yanvar-iyun ayları üzrə Bakı Fond Birjasında (BFB) ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyələri məlum olub.

Rockvell BFB-yə istinadən xəbər verir ki, dövr ərzində ən çox dövriyyəsi olan şirkət “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC olub (24,5 milyard manat).

Siyahıda ikinci pillədə 17,8 milyard manat dövriyyə ilə “ABB İnvest İnvestisiya Şirkəti” QSC, üçüncü yerdə isə 2,9 milyard manat dövriyyə ilə “Assist Finance İnvestisiya Şirkəti” ASC qərarlaşıb.

Qeyd edək ki, BFB-nin daxili qaydalarına əsasən üzvlərin renkinqi aylıq hesablanır və hər növbəti ayın əvvəlində elan olunur. Renkinq repo əməliyyatları, dövlət və korporativ qiymətli kağızlar bazarı üzrə manatla hesablanır.

Aşağıdakı cədvəldə investisiya şirkətlərinin yanvar-iyun ayları üzrə dövriyyələrinin həcmi göstərilib:

RankAdıDövriyyə (manatla)Əməliyyatların sayı
1“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC24,459,931,084.003891
2“ABB İnvest İnvestisiya Şirkəti” QSC17,774,309,726.0013956
3“Assist Finance İnvestisiya şirkəti” ASC2,891,962,775.001170
4“CPM-İnvest İnvestisiya Şirkəti” QSC1,916,374,880.001128
5“Xalq Kapital İnvestisiya Şirkəti” QSC1,712,809,319.00108
6“Unicapital İnvestisiya Şirkəti” ASC1,186,966,155.004359
7“İnvest-Az İnvestisiya Şirkəti” QSC1,100,402,751.00652
8“Capital Partners İnvestisiya Şirkəti” QSC648,247,523.00669
9“Troni İnvestisiya Şirkəti” QSC305,078,762.003334
10“CFI Financial İnvestisiya Şirkəti” QSC189,755,176.0074
11“PSG Kapital İnvestisiya Şirkəti” ASC136,858,840.00768
12“MFX Trading İnvestisiya Şirkəti” ASC120,329,744.0038
Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir

Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir Unibank neft…
►►►
İqtisadiyyat / Biznes

Polad boruların istehsalı artıb

Polad boruların istehsalı artıb Bu ilin yanvar-avqust aylarında ölkədə 126 min ton polad…
►►►
İqtisadiyyat / Biznes

Texniki şərtlərin qeydiyyatı ilə bağlı 58 müraciət təmin olunub

Texniki şərtlərin qeydiyyatı ilə bağlı 58 müraciət təmin olunub Bu ilin yanvar-iyul…
►►►