Yelo Bank əlilliyi olan uşaqlar və gənclər üçün inklüziv idman tədbiri keçirib

5 iyul — Ümumdünya Badminton Günü münasibətilə Yelo Bank və Azərbaycan Badminton Federasiyası birgə təşəbbüslə xüsusi tədbir təşkil edib. Badmintonun hər kəs üçün əlçatan və əyləncəli olduğunu göstərmək məqsədilə keçirilən məşqdə daun sindromlu, autizm spektr pozuntusu və digər əlilliyi olan uşaqlar və gənclər iştirak edib.

Tədbirin məqsədi inklüzivliyi təşviq etmək, sağlam həyat tərzini dəstəkləmək və uşaqlara idmanın sevincini yaşatmaq olub. Məşq zamanı iştirakçılar badmintonla tanış olub, ilk zərbələrini vurub və peşəkar məşqçilərin dəstəyi ilə əyləncəli anlar yaşayıblar. Onların kortdakı enerjisi və sevinc dolu reaksiyaları həm təşkilatçılara, həm də bütün izləyicilərə ilham verib.

Yelo Bank olaraq inanırıq ki, idman hər kəs üçün əlçatan olmalıdır. Sağlam həyat tərzini və inklüzivliyi dəstəkləmək, cəmiyyətimizdə daha çox pozitiv dəyişikliklər yaratmaq üçün belə təşəbbüsləri davam etdirmək niyyətindəyik.

Yelo Bank vakansiya elanları ilə tanış olmaq istəyirsən? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

Əlaqədar məqalələr
City Life

Bakı Beynəlxalq Dəniz Limanında əməliyyat-taktiki təlim keçirilib

Bakı Beynəlxalq Dəniz Limanında əməliyyat-taktiki təlim keçirilib “AZCON…
►►►
City Life

Xalq artisti Tünzalə Ağayeva yaradıcılığında bir ilkə imza atdı

Xalq artisti Tünzalə Ağayeva yaradıcılığında bir ilkə imza atdı Xəbər verildiyi kimi…
►►►
City Life

AccessBank və Xəzər Universitetindən birgə inkişaf təşəbbüsü

AccessBank və Xəzər Universitetindən birgə inkişaf təşəbbüsü İnsan kapitalının…
►►►