Xalq artisti Tünzalə Ağayeva autizmli uşaqlarla görüşdü

Hər zaman sosial layihələrdə layiqincə iştirak edən Xalq artisti və autizm səfiri Tünzalə Ağayeva bu dəfə də ənənəsinə sadiq qalaraq autizmli uşaqlarla görüşüb.

Rockvell xəbər verir ki, Xalq artisti Tünzalə Ağayeva, Əməkdar artist Xəyyam Nisanov və müğənni Azad Şabanov “Birgə və Sağlam” ictimai birliyinin sədri Aytən Eynalovanın təsis etdiyi “Kaşalata” kafedə bir araya gəliblər. Sözügedən məkan sadə bir kafe deyil, həmin yerdə autizmli gənclərimiz çalışır, ordan əldə olunan vəsait xeyriyyə məqsədi ilə istifadə olunur.

Görüşdə sənətçilər gənclərlə birlikdə mahnılar ifa edib, rəqs ediblər, əyləncəli və unudulmaz anlar yaşayıblar.

Gecənin xüsusi qonaqlarından olan pop ulduz Tünzalə Ağayeva günün qəhrəmanları ilə birlikdə artıq himnə çevrilən “Fərqliyəm” əsərini səsləndirib. Eyni zamanda bir sıra hitlərini ifa edib.

Əlaqədar məqalələr
City Life

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib Bakıda Çin…
►►►
City Life

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib 14 avqust…
►►►
City Life

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib Hindistanın…
►►►