Taxıl üzrə orta məhsuldarlıq 33,7 sentnerə çatıb

Ölkə üzrə payızlıq taxıl sahələrinin 76,1 faizində biçin başa çatıb.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, mövsüm ərzində 707 197 hektar sahədə biçin aparılıb, bu sahələrdən 2 386 294 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 33,7 sent/ha təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 sent/ha çoxdur.

İndiyədək mexanizatorlar tərəfindən 311 171 hektar buğda, 396 026 hektar arpa sahəsi biçilib. Bu sahələrdən 1 131 941 ton buğda, 1 254 352 ton arpa yığılıb. Buğda sahələrinin 62,8 faizində, arpa sahələrinin isə 91,2 faizində biçin yekunlaşıb. Orta məhsuldarlıq buğda üzrə 36,4 sent/ha, arpa üzrə isə 31,7 sent/ha təşkil edir.