ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!

Moody’s Beynəlxalq Reytinq Agentliyi ABB-nin reytinqlərinə yenidən baxaraq Bankın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini Stabil proqnozla Ba2-dən Ba1-ə yüksəldib. Bu, Moody’s-in indiyə qədər ABB-yə verdiyi ən yüksək reytinqdir.

Bankın Əsas kredit qiymətləndirməsi reytinqi (BCA) ba3-dən ba2-ə, Uzunmüddətli xarici və yerli valyutada qarşı tərəf risk reytinqi (CRRs) Ba1-dən Baa3-ə, Qarşı tərəf risk qiymətləndirməsi reytinqi (CR Assessment) Ba1-dən Baa3-ə qədər artırılıb.

ABB-nin reytinqlərinin yüksəldilməsi Bankın davamlı şəkildə artan mənfəətliliyi, aktivlərinin yüksək keyfiyyəti, güclü kapital mövqeyi, yüksək likvidliyi və s. bu kimi amillərlə bağlıdır.

Agentliyin rəyinə görə, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılan addımlar ABB-nin aktivlərinin keyfiyyətini, gəlirliliyini dəstəkləyəcək.

ABB-nin uzunmüddətli depozit reytinqlərinə Stabil proqnozunun verilməsi Bankın növbəti 12-18 ay ərzində sağlam maliyyə əsaslarını qoruyacağına dair Moodys-in gözləntilərini əks etdirir. Agentlik Bankın gəlirliliyinin son illərdə artdığını və növbəti 12-18 ay ərzində də güclü olacağını bildirir. ABB-nin kapital mövqeyinin onun əsas kredit gücü olaraq qaldığını vurğulayır.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Əlaqədar məqalələr
City Life

“Sağlam Torpaq – Sağlam Həyat”

Azərbaycanda Dünya Torpaq Günü münasibətilə “Sağlam Torpaq – Sağlam Həyat” adlı…
►►►
City Life

Daşkəsən rayonunda növbəti ekoloji aksiya təşkil edilib

Daşkəsən rayonunda növbəti ekoloji aksiya təşkil edilib “AzerGold” QSC-nin…
►►►
City Life

“Nar” inklüziv cəmiyyətin qurulmasına dəstəyini davam etdirir

“Nar” inklüziv cəmiyyətin qurulmasına dəstəyini davam etdirir İnklüzivliyə dəstəyi…
►►►