Sertifikatlaşdırma imtahanlarında müəllimlərin şəxsiyyəti SİMA ilə təsdiq edilib

SİMA-nın biometriya texnologiyası müəllimlərin sertifikatlaşdırılması imtahanlarında tətbiq edilib.

19-25 iyun tarixlərində keçirilən imtahanlarda iştirakçıların şəxsiyyətinin dəqiqliklə müəyyən olunması məqsədilə SİMA-nın KYC (Müştərini Tanı) rəqəmsal həllindən istifadə olunub. Belə ki, imtahana gələn müəllimlərin kimliyinin yoxlanılması prosesi SİMA-nın üztanıma texnologiyası əsasında həyata keçirilib. Bu yanaşma prosesin daha çevik və şəffaf formada idarə edilməsinə imkan yaradıb.

İmtahana qatılan 23 434 nəfərdən təxminən 16 minə yaxın müəllimin şəxsiyyəti “SİMA KYC” ilə uğurla identifikasiya olunub və ümumilikdə proses uğurla yekunlaşıb. SİMA-nın KYC texnologiyası imtahan prosesində təhlükəsizlik və şəffaflığı təmin etməklə yanaşı, rəqəmsal həllərin təhsil sahəsində də uğurla tətbiq oluna biləcəyini nümayiş etdirib.

“SİMA KYC” haqqında

“SİMA KYC” real vaxt rejimində şəxsin identifikasiyasını aparmaq imkanı verən rəqəmsal həlldir. AZCON Holding şirkətlərindən olan “AzInTelecom” tərəfindən 2023-cü ildə yaradılmış bu həlli 20-dən çox qurum öz xidmətlərində tətbiq edir. “SİMA KYC” şəxsiyyətin təsdiqlənməsi üçün lazım olan bütün proseslərdə istifadə oluna bilər.

Ətraflı məlumat üçün:
📞157
🌐 sima.az

Əlaqədar məqalələr
Elm / Texnologiya

Məsafədən bank əməliyyatlarında yeni era....

Məsafədən bank əməliyyatlarında yeni era: SİMA vahid rəqəmsal həll kimi Azərbaycan…
►►►
Elm / Texnologiya

Mənfəət vergisini “SİMA İmza” ilə ver, əlavə xərclərdən azad ol

Mənfəət vergisini “SİMA İmza” ilə ver, əlavə xərclərdən azad ol! Mənfəət vergi…
►►►
Elm / Texnologiya

Azercell xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün maarifləndirici təşəbbüs həyata keçirdi

Azercell xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün maarifləndirici təşəbbüs həyata…
►►►