AZPROMO Tacikistana səfər edib

Səfər çərçivəsində beynəlxalq tekstil və yüngül sənaye forumunda və bir sıra görüşlərdə iştirak olunub, Azərbaycan ilə Tacikistan arasında tekstil sektorunda yeni sənəd imzalanıb.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO Tacikistana işgüzar səfər çərçivəsində ölkənin Sənaye və Yeni Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə keçirilən I beynəlxalq tekstil və yüngül sənaye forumunda təmsil olunub, müxtəlif qurumlarla bir sıra görüşlər keçirib.

  • I beynəlxalq tekstil və yüngül sənaye forumu

50-dən çox ölkədən iştirakçı toplayan forumunun nazirlər panelində çıxış edən Beynəlxalq Tekstil İstehsalçıları Federasiyasının (ITMF) baş direktoru Kristian Şindler, Tacikistanın sənaye və yeni texnologiyalar naziri Şerali Kəbir, Qırğızıstanın iqtisadiyyat və ticarət nazirinin müavini Sanjarbek Bolotov, AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, İsveçrə Tekstil Qurğuları Assosiasiyasının prezidenti Davide Makabruni və tekstil sahəsi üzrə ixtisaslaşmış beynəlxalq şirkətlərin nümayəndələri tekstil sənayesinin qlobal inkişaf perspektivləri haqqında danışıblar. Paneldə Azərbaycan və Tacikistan arasında tekstil sahəsində əlaqələrin gücləndirilməsi imkanları dəyərləndirilib, eləcə də sənaye sektorunda iki ölkə arasında yol xəritəsinin hazırlanması məsələsi qeyd edilib.

Forum çərçivəsində həmçinin Azərbaycan Tekstil Assosiasiyası ilə Tacikistanın Pambıq və Tekstil Assosiasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəddə tekstil sənayesinin, o cümlədən dayanıqlı kənd təsərrüfatı, ipəkçilik və ticarətin birgə inkişaf etdirilməsi üzrə birgə fəaliyyət nəzərdə tutulur.

  • Sənaye və Yeni Texnologiyalar Nazirliyində görüş

Səfər zamanı Tacikistanın Sənaye və Yeni Texnologiyalar Nazirliyində nazir müavini Əziz Nəzər və ölkənin Pambıq və Tekstil Assosiasiyasının sədri Umed Şomurodovla ilə görüş keçirilib. Görüşdə iki ölkə arasında sənaye əməkdaşlığının mövcud vəziyyəti və gələcək inkişaf istiqamətləri müzakirə olunub.

  • ITMF və İsveçrənin Tekstil Qurğuları Assosiasiyası ilə görüş

ITMF-in baş direktoru Kristian Şindler və İsveçrənin Tekstil Qurğuları Assosiasiyasının prezidenti David Makkabruni ilə baş tutan görüşdə tərəflər Azərbaycanın ITMF-ə potensial üzvlüyünün açacağı imkanlar, istehsal sahəsində qabaqcıl texnologiyaların tətbiqi və regional tərəfdaşlıq barədə fikir mübadiləsi aparıblar. Bundan əlavə, gələcək tədbirlərin ölkəmizdə keçirilməsi məqsədilə ITMF nümayəndələri Bakıya dəvət olunub.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir

Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir Unibank neft…
►►►
İqtisadiyyat / Biznes

Polad boruların istehsalı artıb

Polad boruların istehsalı artıb Bu ilin yanvar-avqust aylarında ölkədə 126 min ton polad…
►►►
İqtisadiyyat / Biznes

Texniki şərtlərin qeydiyyatı ilə bağlı 58 müraciət təmin olunub

Texniki şərtlərin qeydiyyatı ilə bağlı 58 müraciət təmin olunub Bu ilin yanvar-iyul…
►►►