“International Leasing” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır

29 may 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “International Leasing” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan AZ2002023235 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 10.07.2025-ci il tarixində yekunlaşmışdır.

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

“International Leasing” ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2002023235

İstiqrazların növü və forması

Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması

Kütləvi/ Birqiymətli Hərrac

İstiqrazların sayı

1,000 ədəd

İlkin ticarət qiyməti

1,000 manat

İstiqrazların buraxılış həcmi

1,000,000 manat

İllik gəlirlilik faizi

18%

Hərrac qiyməti

1000.00 manat

İstiqrazların reallaşdırılmış həcmi

1,000,000 manat

İstiqrazların sifarişlərinin ümumi həcmi (nominal qiymətlə)

1,000,000 manat

İnvestor sayı

50

Sifariş sayı

50

Ödəmə Periodu

İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 30 (otuz) gündən bir ödənişlər həyata keçiriləcəkdir

Tədavül müddəti

2 il

Anderrayter

“Capital Partners İ.Ş.” QSC

Əlaqədar məqalələr
ROCKVELL BUSINESS

"Rebuild Karabakh 2025" sərgisində sahibkarlar üçün ödənişsiz stend təklifi

“Rebuild Karabakh 2025” sərgisində məhsul və xidmətlərini tanıtmaq istəyən…
►►►
ROCKVELL BUSINESS

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Mərkəzi Bankın valyuta ehtiyatları artıb Bu ilin avqust ayında Azərbaycan Mərkəzi…
►►►
ROCKVELL BUSINESS

Azarkeşlər üçün misilsiz imkanlar yoldadır

Azarkeşlər üçün misilsiz imkanlar yoldadır “McLaren Racing” şirkəti bu günkü…
►►►