Sədərəkdə ilk “SOCAR” brendli yanacaqdoldurma stansiyası istifadəyə verilib

Sədərək rayonunda “SOCAR” brendli yeni yanacaqdoldurma stansiyası (YDS) istifadəyə verilib.

Əvvəlcə “SOCAR Petroleum” QSC-nin rəhbər heyəti və nümayəndələri, Naxçıvan şəhəri və Sədərək rayonunundan rəsmi şəxslər, ictimaiyyət nümayəndələri  Ümummilli Lider Heydər Əliyevin Heydərabad qəsəbəsində yerləşən büstünü ziyarət edib, önünə gül dəstələri qoyaraq ehtiramlarını bildiriblər.

Rayonun Qaraağac kəndi ərazisində yerləşən yanacaqdoldurma stansiyasında davam edən açılış tədbirində xüsusən son illər ərzində “SOCAR Petroleum” QSCtərəfindən görülən işlərdən və qarşıda duran hədəflərdən danışılıb. QSC-nin Naxçıvan və Sədərək rayonlarındakı yeni layihələrindən bəhs edilib. Həmçinin kollektivə yeni qoşulan əməkdaşlara fəaliyyətlərində uğurlar arzu olunub. 

Qeyd edək ki, ölkəmizdə məşğulluq səviyyəsinin artırılması və əhalinin sosial rifahının yaxşılaşdırılması siyasətinə uyğun olaraq, yanacaqdoldurma stansiyasının açılması ilə bərabər, 22 yeni iş yeri də yaradılıb. 

Sürücülərin ən çox istifadə etdiyi yollardan olan Naxçıvan-Şərur-Sədərək şosesi  yolunda fəaliyyətə başlayan yeni YDS-də 3 yanacaqpaylayıcı kalonka quraşdırılıb. Burada “Aİ-92”, “Aİ-95” Premium, “Aİ-98” Super və “Dizel” markalı yanacaq məhsullarının satışı həyata keçirilir.

Xatırladaq ki, hazırda fəaliyyətə başlayan YDS ilə birlikdə ölkə ərazisində “SOCAR” brendli 70 yanacaqdoldurma stansiyası və 13 neft bazası sahəsi fəaliyyət göstərir ki, onlardan 9-u işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yerləşir.

Əlaqədar məqalələr
Energetika

TAP boru kəməri ilə indiyədək Avropaya 54 milyard kubmetrdən çox qaz nəql edilib

TAP boru kəməri ilə indiyədək Avropaya 54 milyard kubmetrdən çox qaz nəql…
►►►
Energetika

Birjalarda neft qiymətləri

Birjalarda neft qiymətləri Dünya birjalarında neft ucuzlaşıb. Londonun ICE…
►►►
Energetika

Maye qazın istehsal həcmi artıb

Maye qazın istehsal həcmi artıb Bu ilin yanvar-oktyabr aylarında ölkədə 190 min ton maye…
►►►