UNESCO-nun Ümumdünya İrs Komitəsinin 47-ci sessiyasında hesabatlar dinlənilib

İyulun 16-a kimi davam edəcək sessiyada Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin nümayəndə heyəti də iştirak edir.

Sessiyada Azərbaycan üzrə Ümumdünya İrs Siyahısına daxil edilmiş iki irs ərazisinin – “Xan Sarayı ilə birgə Şəki şəhərinin tarixi mərkəzi” və “Xınalıq və Köç Yolu mədəni landşaftı”nın mühafizə vəziyyətinə dair dövri hesabatları dinlənilərək qəbul olunub.

Sessiya çərçivəsində UNESCO-nun mədəni irs üzrə məşvərətçi qurumu olan ICOMOS təşkilatı tərəfindən təşkil edilən və köçəri irsinə (Transhumance) həsr edilmiş yan tədbir də keçirilib.

Tədbirdə Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilən “Transhumance World Heritage Initiative” layihəsi təqdim olunub.

Layihə Azərbaycanın 2023-cü ildə Ümumdünya İrs Siyahısına daxil edilmiş “Xınalıq və Köç Yolu mədəni landşaftı” nümunəsindən ilhamlanaraq qlobal səviyyədə köç irsinin qorunması və təşviqinə yönəlib.

Nümayəndə heyətinin sessiya çərçivəsində keçirdiyi görüşlər və iştirak etdiyi tədbirlər ölkənin beynəlxalq irs şəbəkəsində aktiv rolunu daha da gücləndirib, gələcək əməkdaşlıqlar üçün yeni imkanlar yaradıb.

Əlaqədar məqalələr
Turizm

Qastronomiya turizmi üzrə beynəlxalq əməkdaşlıq əlaqələri genişləndirilir

Qastronomiya turizmi üzrə beynəlxalq əməkdaşlıq əlaqələri genişləndirilir Dövlət…
►►►
Turizm

İspaniyada Azərbaycanın qastroturizm imkanları tanıdılıb

İspaniyada Azərbaycanın qastroturizm imkanları tanıdılıb 26-28 yanvar tarixlərində…
►►►
Turizm

Azərbaycan Yaradıcılıq üzrə Əl İşi Sənayelərinə həsr olunmuş I Beynəlxalq Forumda təmsil olunub

Azərbaycan Yaradıcılıq üzrə Əl İşi Sənayelərinə həsr olunmuş I Beynəlxalq Forumda…
►►►