Malayziya investorları Azərbaycan sahibkarları ilə görüşüblər

Oktyabrın 3-də Malayziyadan ölkəmizə gələn investorlarla sahibkarlarımız arasında görüş keçirilib. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycan Respublikasının Malayziyadaki Səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən görüşdə qonaqlara iqtisadiyyatımız, sənaye parkları, iqtisadi qanunvericilik və investisiyaların qorunması ilə bağlı qanunvericiliklə əlaqədar təqdimat keçirilib.

Tədbiri açan ASK baş katibinin müavini Fuad Hümbətov Konfederasiyanın fəaliyyəti, üzvləri barədə geniş məlumat verib. Perak Ştat Assambleyasının üzvü, Perak ştat Baş nazirinin (Chief minister) xüsusi müşaviri Abd Manaf bin Hashim Malaziya tərəfindən təmsil olunan sahibkarların iqtisadiyyatın istehsal, dəniz nəqliyyatı, logistika, turizm və gübrə istehsalı kimi sektorları təmsil etdiyini bildirib.

Perak Korporasiyası Direktorlar Şurasının Sədri Redza Rafiq bin Abdul Razak ölkənin sənaye potensialı, məhsul istehsalı ilə bağlı məlumat verib.

Azərbaycanın kənd təsərrüfatı və logistika şirkətləri öz məhsulları və əməkdaşlıq imkanları barədə təkliflərlə çıxış ediblər.

Tədbir şirkətlər arasında B2B görüşlərlə davam edib.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Azərbaycan-Belarus biznes forumu keçirilib

Azərbaycan-Belarus biznes forumu keçirilib Tədbirdə Azərbaycan və Belarus arasında…
►►►
İqtisadiyyat / Biznes

AZPROMO “Rebuild Karabakh” sərgisində iştirak edir

AZPROMO “Rebuild Karabakh” sərgisində iştirak edir Stenddə yerli məhsullar, ölkəmizin…
►►►
İqtisadiyyat / Biznes

AccessBank Naxçıvanda Access2Success layihəsini reallaşdırdı

AccessBank Naxçıvanda qadın sahibkarlarına dəstək məqsədilə Access2Success layihəsini…
►►►