Uyğunluğu qiymətləndirən 78 qurum akkreditasiya edilib

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən 2025-ci ilin yanvar-may ayları ərzində uyğunluğu qiymətləndirən 78 qurum akkreditasiya edilib.

Akkreditasiya aparılan qurumlar üzrə göstəricilər:

  • Sınaq laboratoriyaları – 34
  • İnspeksiya xidməti göstərən orqanlar – 28
  • Sınaq (kalibrləmə) laboratoriyaları – 7
  • Malın (xidmətin, işin) sertifikatlaşdırılmasını aparan qurumlar – 4
  • İdarəetmə sisteminin sertifikatlaşdırılmasını aparan qurumlar – 3
  • İşçi heyətinin sertifikatlaşdırılmasını yerinə yetirən qurumlar – 2

Uyğunluğun qiymətləndirilməsi sahəsində həyata keçirilən akkreditasiya prosesi dəqiq nəticələrə malik sınaqların, inspeksiya, ölçmə və kalibrləmə xidmətlərinin əldə olunmasını təmin etməklə yanaşı, istehlakçıların keyfiyyətli və təhlükəsiz mal və xidmətlərə çıxış imkanlarını artırır.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

AZPROMO Monteneqroya səfər edib

AZPROMO Monteneqroya səfər edib Səfər çərçivəsində bir sıra görüşlərdə iştirak…
►►►
İqtisadiyyat / Biznes

Asiya İnkişaf Bankı ilə görüş keçirilib

Asiya İnkişaf Bankı ilə görüş keçirilib AİB-in Azərbaycanın ixrac və dəyər…
►►►
İqtisadiyyat / Biznes

Yanvar-iyun aylarında MDB ölkələri ilə ticarət dövriyyəsi 25 faizdən çox artıb

Yanvar-iyun aylarında MDB ölkələri ilə ticarət dövriyyəsi 25 faizdən çox artıb 2025-ci…
►►►