Azərbaycan və Pakistanın dəmiryol qurumları arasında əməkdaşlıq imkanları müzakirə edilib

“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) rəhbərliyi Pakistan Dəmir Yollarının sədri Syed Məzhər Əli Şahla videoformatda görüş keçirib.

Görüşdə yükdaşıma həcmlərinin artırılması, limanların inteqrasiyası, ortaq investisiya layihələri, Şərq-Qərb bağlantısı üzrə Azərbaycan və Pakistandan keçən nəqliyyat marşrutları üzrə əməkdaşlıq imkanları müzakirə edilib.

Tərəflər Cənubi Asiya–Qafqaz–Avropa marşrutu boyunca fərqli istiqamətlərin qarşılıqlı yük mübadiləsi üçün mümkün istifadəsini vurğulayıb, həmçinin Çin, Pakistan, Əfqanıstan və Türkmənistandan keçməklə Azərbaycan üzərindən qitələri birləşdirən multimodal nəqliyyat dəhlizinin inkişafına dəstək ifadə ediblər.

İkitərəfli münasibətlər baxımından pilot əməkdaşlıq layihələri, xüsusilə “Pakistan-Azərbaycan Ekspress” və Pakistan–İran–Azərbaycan pilot yükdaşıma layihələrinin inkişafı, Pakistanın Qvadar Limanının imkanlarından istifadə, Orta Dəhlizin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.

Əlaqədar məqalələr
Nəqliyyat / Logistika

Abşeron dairəvi dəmir yolu üzrə qatarların yeni hərəkət cədvəli açıqlandı

Abşeron dairəvi dəmir yolu üzrə qatarların yeni hərəkət cədvəli…
►►►
Nəqliyyat / Logistika

Abşeron dairəvi dəmir yolu üzrə hərəkət cədvəli

Abşeron dairəvi dəmir yolu üzrə hərəkət cədvəli avtomobil yollarının təmiri işlərinə…
►►►
Nəqliyyat / Logistika

“CRCT Qazaxıstan” beynəlxalq logistika....

“CRCT Qazaxıstan” beynəlxalq logistika şirkətinin nümayəndələri Bakı Limanının…
►►►