Asiya İnkişaf Bankı ilə görüş keçirilib

AİB-in Azərbaycanın ixrac və dəyər zəncirinin araşdırması üzrə məsləhətləşmə missiyası çərçivəsində keçirilən görüşdə ölkənin qeyri-neft ixracının potensialı, məhsul və bazarların şaxələndirilməsi imkanları, həmçinin maliyyə institutunun mümkün tövsiyə və texniki dəstəyinə dair fikir mübadiləsi aparılıb.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da Asiya İnkişaf Bankının (AİB) Azərbaycanın ixrac və dəyər zəncirinin araşdırması üzrə məsləhətləşmə missiyasının üzvləri ilə görüş keçirilib. Görüşdə Azərbaycanın qeyri-neft ixracının potensialının səmərəli reallaşdırılması, ixrac coğrafiyasının genişləndirilməsi, tədarük olunan məhsul çeşidlərinin şaxələndirilməsi, bu istiqamətlərdə mövcud imkanlar və çağırışlar, o cümlədən AİB-in bu xüsusda təklif edə biləcəyi tövsiyələr, strategiyalar və texniki dəstək müzakirə olunub.

Görüş zamanı AZPROMO-nun icraçı direktorunun müavini Tural Hacılı Agentliyin fəaliyyəti, qeyri-neft ixracının təşviqi məqsədilə tətbiq olunan mexanizmlər, bu çərçivədə həyata keçirilən dövlət siyasətinə göstərilən dəstək, eləcə də ölkəmizin qeyri-neft ixracında yer alan təməl məhsullar, əsas ixrac bazarları və yüksək potensiallı ixracyönümlü istehsal sahələri haqqında məlumat verib.

AİB-in baş iqtisadçısı Kristian Rosbax ixrac və dəyər zənciri sahəsi üzrə bankın Azərbaycana ilk missiyasının təşkil olunduğunu qeyd edərək, bundan əvvəl region ölkələrindən Gürcüstanda analoji araşdırmanın aparıldığını bildirib. Araşdırmanın Gürcüstan bazarında uğurla sınaqdan keçirildiyi, verilən tövsiyələr üzrə əməli addımların atıldığı vurğulanıb. Sözügedən yanaşmanın Azərbaycanda da tətbiqinin mümkün olduğu və aidiyyəti tərəflərlə birgə təkliflərin hazırlanmasının ixrac potensialının reallaşdırılmasına töhfə verə biləcəyi bildirilib.

Bu müstəvidə AZPROMO tərəfindən yerli ixracatçılar arasında keçirilən sorğuların və qeyri-neft məhsullarının ixrac potensialı üzrə aparılan tədqiqatların nəticələrinin təqdim olunmasına dair razılıq əldə olunub, həmçinin Agentliyin AİB-in missiya üzvlərini müvafiq dövlət və özəl sektor qurumları ilə əlaqələndirməyə hazır olduğu diqqətə çatdırılıb.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Maliyyə Nazirliyinin 720 günlük....

Maliyyə Nazirliyinin 720 günlük istiqrazlarının yerləşdirilməsi üzrə hərrac…
►►►
İqtisadiyyat / Biznes

Birbank Biznes-dən sahibkar qadınlara özəl imkanlarla dolu biznes kartı

Birbank Biznes-dən sahibkar qadınlara özəl imkanlarla dolu biznes kartı Birbank Biznes…
►►►
İqtisadiyyat / Biznes

Unibankdan “Payız endirimi” mikro kredit kampaniyası- İstədiyini seç!

Unibankdan “Payız endirimi” mikro kredit kampaniyası- İstədiyini seç! Unibank ölkədə…
►►►