Mastercard Azərbaycanda Təhsil İşçilərini TəhsilPlus Kartı ilə Gücləndirir

• Mastercard Azərbaycanda təhsil işçiləri üçün ilk çoxfunksiyalı kartın istifadəyə verilməsini dəstəkləyir
• TəhsilPlus kartı əməkhaqqı, giriş və ödəniş funksiyalarını bir araya gətirən təhlükəsiz bir həldir
• 450,000-dən çox təhsil işçisi Mastercard-a məxsus üstünlüklərdən və rəqəmsal xidmətlərdən faydalanacaq

Mastercard, Azərbaycanda inklüziv və rəqəmsal yönümlü ekosistemlərin inkişafına dəstəyini davam etdirərək, təhsil işçilərinə həsr olunmuş ilk çoxfunksiyalı kart – TəhsilPlus-un istifadəyə verilməsində iştirak edir. Təhsil İnkişafı Fondu və Kapital Bank ilə tərəfdaşlıqda təqdim olunan bu təşəbbüs, dövlət və özəl sektorun güclərini birləşdirərək bütün təhsil pillələri üzrə 450,000-dən artıq müəllim və inzibati heyətin rifahını və səlahiyyətləndirilməsini dəstəkləyir.

Bakıda keçirilən təqdimat mərasimində Mastercard kartın rəqəmsal funksionallığının təmin olunmasında öz töhfəsini vurğulayaraq, texnologiyadan sosial fayda məqsədilə istifadə etməyə sadiqliyini bir daha nümayiş etdirdi.

Mastercard-ın dəstəyi ilə təqdim olunan TəhsilPlus kartı bir sıra əsas funksiyaları özündə birləşdirən unikal və təhlükəsiz bir məhsuldur. Bu kart həm iş vəsiqəsi, həm giriş-çıxış kartı, həm də debet bank kartı funksiyasını yerinə yetirir. İstifadəçilər kart vasitəsilə əməkhaqqı ala, nağdsız ödənişlər edə, endirim və keşbeklərdən faydalana, həmçinin Apple Pay və Google Pay ilə sürətli və təhlükəsiz əməliyyatlar həyata keçirə biləcəklər.

Kart sahibləri, eyni zamanda, Mastercard-ın qlobal Priceless Specials platformasına çıxış əldə edərək onların həyat tərzinə uyğun eksklüziv təkliflər və təcrübələrdən yararlana biləcəklər. Mastercard-ın Azərbaycandakı uzunmüddətli strategiyasının tərkib hissəsi olan bu təşəbbüs, təhsil sektorunda rəqəmsal inklüzivliyi və maliyyə güclənməsini təşviq edir.

TəhsilPlus kartının yeni tədris ilindən etibarən istifadəyə verilməsi planlaşdırılır və yaxın zamanda bu təşəbbüsə geniş tərəfdaş şəbəkəsinin qoşulacağı gözlənilir – bu da təqdim olunan faydaların əhatə dairəsini daha da genişləndirəcək. Mastercard-ın iştirakı onu hökumət qurumları, banklar və cəmiyyət üçün etibarlı innovasiya tərəfdaşı kimi bir daha önə çıxarır.

TəhsilPlus kartının təqdimatı Mastercard-ın daha ağıllı, inklüziv və bir-biri ilə əlaqəli həyat tərzi üçün texnologiyanın yalnız ödənişləri deyil, insanların həyatını daha təhlükəsiz və rahat şəkildə dəyişməsi yönündəki vizyonunun növbəti addımıdır.

Mastercard haqqında

Mastercard 200-dən artıq ölkə və ərazidə iqtisadiyyatları gücləndirir və insanlara dəstək verir. Müştərilərimizlə birlikdə hər kəsin rifah tapa biləcəyi davamlı bir iqtisadiyyat qururuq. Biz rəqəmsal ödənişlərin geniş spektrini dəstəkləyir, əməliyyatları təhlükəsiz, sadə, ağıllı və əlçatan edirik. Texnologiya və innovasiyalarımız, tərəfdaşlıqlarımız və şəbəkələrimiz insanların, bizneslərin və hökumətlərin öz potensiallarını tam şəkildə reallaşdırmasına kömək edən unikal məhsul və xidmətlər toplusu təqdim edir.

www.mastercard.com