“İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Lənkəran şəhərində baş tutdu

18 iyul 2025-ci il tarixində Bakı Fond Birjası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Azərbaycan Respublikasının Mərkəzi Bankı, Lənkəran şəhər İcra Hakimiyyəti və investisiya şirkətlərinin iştirakı ilə Lənkəran şəhərində “İnvestisiya səyahəti” layihəsi çərçivəsində tədbir təşkil edilib.

Tədbirdə mütəşəkkil kapital bazarı və yaratdığı imkanlar, regionlarda bu sahəyə marağın artırılması və biznes ictimaiyyətinin diqqətinin kapital bazarına yönəldilməsi istiqamətində Bakı Fond Birjasının Listinq Məsləhət Proqramı imkanları, “CFI Financial” İnvestisiya Şirkətinin sahibkarlıq subyektlərinin alternativ maliyyə cəlbi üsulları və “ABB-İnvest” İnvestisiya Şirkətinin qiymətli kağız buraxılışında anderraytinq xidməti mövzularında təqdimatları olub.

Qeyd edək ki, bu, sayca on altıncı belə tədbirdir. Bundan öncə isə “İnvestisiya səyahəti” tədbiri Masallı, Gəncə, Xaçmaz, Lənkəran, Yevlax, Qəbələ, Şamaxı, Şabran, Göyçay, Şəmkir, Naxçıvan, Quba, Şəki, Zaqatala və Şirvan şəhərlərində təşkil olunub. 

Mütəmadi şəkildə həyata keçirilən investisiya səyahəti tədbirlərinin məqsədi regionlarda fəaliyyət göstərən biznes subyektlərini alternativ maliyyələşmə mənbəyi olan qiymətli kağızlar bazarı barədə məlumatlandırmaqdır.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası

AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası Azərbaycanda mikro…
►►►
İqtisadiyyat / Biznes

Qara Dəniz Ticarət və İnkişaf Bankı Unibanka....

Qara Dəniz Ticarət və İnkişaf Bankı Unibanka 7 milyon dollarıq kredit xətti ayırıb Qara…
►►►
İqtisadiyyat / Biznes

Yelo Bank Azərbaycan Sahibkarlar Konfederasiyasının....

Yelo Bank Azərbaycan Sahibkarlar Konfederasiyasının fəxri fərmanına layiq görülüb Yelo…
►►►