Kaspersky-nin həlləri “SE Labs Security Awards”ın üç əsas nominasiyası üzrə qalib olub

Şirkətin fərdi istifadəçiləri, kiçik biznesləri və böyük şirkətləri qorumaq üçün həlləri mükafatlar alıb

Kaspersky növbəti dəfə kibertəhlükəsizlik sahəsində lider statusunu təsdiqləyib. Şirkət fərdi istifadəçiləri, kiçik biznesləri və böyük şirkətləri qorumaq üçün həllərin təsdiqlənmiş keyfiyyəti üzrə üç fərqli kateqoriyada illik mükafatlara layiq görülüb:

  • SE Labs Award for Enterprise Endpoint (Windows)
  • SE Labs Award for Small Business Endpoint (Windows)
  • SE Labs Award for Consumer Endpoint (Windows)

Mükafatlandırma mərasimi 2 iyul 2025-ci ildə Londonda informasiya təhlükəsizliyi sənayesindəki müasir çağırışlar və təhlükəsizlik həllərinin sınaqdan keçirilməsi üçün müvafiq metodologiyaları müzakirə etmək məqsədilə kibertəhlükəsizlik sənayesinin əsas oyunçularını bir araya gətirən “SE Labs Workshop and Awards 2025” çərçivəsində baş tutub.

“SE Labs Security Awards” –  kibertəhlükəsizlik sahəsində ən effektiv və etibarlı həlləri vurğulayan illik mükafatdır. Qaliblər il ərzində həllərin sınaqlarının ümumi nəticələri, şəxsi qiymətləndirmələr və “SE Labs”ın korporativ müştərilərinin rəyləri əsasında müəyyən edilir. Bu ilki tədbir sayca yeddinci olub.

“Hər üç seqmentdə Kaspersky həllərinin təqdirəlayiq nəticələri qoruma, innovasiya və etibarlılıqda mükəmməlliyə sadiqliyimizi əks etdirir”, – deyə Kaspersky-nin Təhdidlərin tədqiqatı şöbəsinin rəhbəri Aleksandr Liskin bildirib. “Biz ‘SE Labs’dan aldığımız mükafatlarla fəxr edirik, çünki onların sınaqları qabaqcıl təcavüzkarlar tərəfindən istifadə edilən texnika və taktikaları əhatə edir. Ardıcıl olaraq bir çox rüblər ərzində ən yüksək nəticələr əldə etmiş üç həllimizə verilən bu mükafatlar fərdi istifadəçilərdən tutmuş iri müəssisələrə qədər hər bir müştərilərimizi kibertəhlükələrdən qorumaq üçün hər gün gördüyümüz böyük işin keyfiyyətinə dəlalət edir.”

Kaspersky həlləri müntəzəm olaraq rüblük “SE Labs” sınaqlarında “Ümumi mqdafiə effektivliyi” (Total Accuracy Rating) parametri üzrə maksimum qiymətləri əldə edir və alınan illik mükafatlar buna sübutdur:

  • Fərdi istifadəçiləri qorumaq üçün həll 2025-ci ilin birinci rübündə, 2024-cü ilin dörd rübündə, 2023-cü ilin dörd rübündə, 2022-ci ilin üç rübündə “Ümumi müdafiə effektivliyi” reytinqinə görə ən yüksək TOP1 nəticəsini göstərib.
  • Kiçik biznesi qorumaq üçün həll 2025-ci ilin birinci rübündə, 2024-cü ilin dörd rübündə, 2023-cü ilin üç rübündə, 2022-ci ilin üç rübündə “Ümumi müdafiə effektivliyi” reytinqinə görə ən yüksək TOP1 nəticəsini göstərib.
  • Böyük biznesi qorumaq üçün həll 2025-ci ilin birinci rübündə, 2024-cü ilin dörd rübündə, 2023-cü ilin üç rübündə, 2022-ci ilin üç rübündə “Ümumi müdafiə effektivliyi” reytinqinə görə ən yüksək TOP1 nəticəsini göstərib.

“Yüksək kibertəhlükəsizlik səviyyəsi təsadüfən yaranmır. Hər bir məhsulun arxasında onu təkmilləşdirmək üçün durmadan çalışan bir komanda dayanır. Sonra müstəqil sınaq laboratoriyaları onu sınaqdan keçirir və öz qiymətlərini verir. Alınan mükafatlar sınaqlarımızda Kaspersky həllərinin mükəmməl nəticələrini və real müştərilərin rəyini əks etdirir. Biz müdafiə imkanları və kibertəhdidlərə qarşı dayanıqlılıq haqqında anlayışımızı genişləndirən texnologiyaları və komandaları vurğulamağın vacib olduğuna inanırıq, Kaspersky komandasını səmimi qəlbdən təbrik edirik”, – deyə “SE Labs”ın təsisçisi və baş direktoru Saymon Edvards qeyd edir.

Kaspersky həlləri mütəmadi olaraq mütəxəssislərdən yüksək qiymət alır. 2024-cü ildə şirkət 95 müstəqil sınaq və icmalda iştirak edib, məhsulları 91 dəfə birinci yeri tutub və rəqiblər arasında ən yüksək nəticə göstərərək 92 dəfə ilk üçlüyə daxil olub.

“SE Labs” və digər təşkilatların mükafatlarının siyahısına Kaspersky-nin rəsmi saytında baxa bilərsiniz.