Xalq artisti Tünzalə Ağayevanı 7000 tamaşaçı izlədi

Xalq artisti Tünzalə Ağayeva növbəti dəfə sevənlərinin qarşısısına çıxıb.

Rockvell xəbər verir ki, pop ulduz ticarət mərkəzlərinin birində solo konsert proqramı ilə çıxış edib. Açıq havada baş tutan gecəyə Ağayevanı dinləmək üçün 7000-dən çox tamaşaçı toplanıb.

Estrada ulduzu səhnədə sevilən, dillərəzbərinə çevrilən hitlərini səsləndirib. Hər çıxışı gür alqışlarla qarşılanan ulduz sənətçinin bütün nəğmələrini pərəstişkarları onunla birlikdə ifa ediblər. 

Xalq artistini səhnədə “Tünzalə dance group” müşayiət edib.

Konsert proqramında füsunkar görünən Tünzalə Ağayevanın fərqli, maraqlı geyiminin müəllifi yerli brendimiz olan “Uventa”dır. Styling Ağayevanın şəxsi stilisti Şamxal Ramazanlıya məxsusdur. Makiyajı isə tanınmış make up artisti Kristina edib. 

Əlaqədar məqalələr
İncəsənət / Dəb

"King's Style"- kralların seçimi

“King’s Style”- kralların seçimi Kişi geyimlərinin ən əsas…
►►►
İncəsənət / Dəb

Bakıda "Nostalji axşam" adlı konsert keçiriləcək

Bakıda “Nostalji axşam” adlı konsert keçiriləcək 19 iyul Bakı Musiqi…
►►►
İncəsənət / Dəb

"Bakı axşamı dostlar əhatəsində" adlı konsert keçiriləcək

“Bakı axşamı dostlar əhatəsində” adlı konsert keçiriləcək 29 iyun Bakıda …
►►►