ABB-nin Yasamal filialı əvvəlki ünvanında fəaliyyətini bərpa etdi

ABB-nin filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində Bankın Yasamal filialında da yenilənmə aparılıb. Yasamal filialı artıq özünün əvvəlki ünvanında – Bakı şəhəri, Yasamal rayonu İnşaatçılar prospekti 14-də müştərilərin xidmətindədir.

Filialın binası ABB-nin yeni brend kimliyinə, müasir inkişaf konseptinə uyğunlaşdırılıb. Bizneslərin, eləcə də fərdi müştərilərin maliyyə xidmətlərinə olan bütün ehtiyaclarının təmin edilməsi üçün burada hər cür şərait yaradılıb. Ən mühüm yeniliklərdən biri filial ofisində özünəxidmət rəqəmsal zonasının təşkilidir. Müştəri bu zonaya daxil olub bank əməkdaşının dəstəyinə ehtiyac qalmadan lazımi xidmətlərdən istifadə edə bilər.

ABB-nin Yasamal filialında müxtəlif növ kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi müxtəlif xidmətlərdən faydalanmaq mümkündür.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

AccessBank-dan fərdi bankçılıqda yeni mərhələ

AccessBank-dan fərdi bankçılıqda yeni mərhələ: VIP Club rebrendinq edilərək “Private…
►►►
İqtisadiyyat / Biznes

Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!

Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır! Bu şənbə də bütün peşə…
►►►
İqtisadiyyat / Biznes

Klasterləşmə – sahibkarlar üçün imkanlar və perspektivlər

Klasterləşmə – sahibkarlar üçün imkanlar və perspektivlər Kiçik və Orta Biznesin…
►►►